Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel Millətlər Liqasındakı çıxışları və qarşıdakı oyunlar barədə danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis bu barədə “Sky Sports”a açıqlamasında bildirib.
İngiltərə noyabrın 12-də Xorvatiya, 15-də isə İspaniya ilə qarşılaşacaq.
“Qrupda birinci yeri tutmağı hədəfləyirəm. Komandamızın bu məqsədə can atmayacağı təqdirdə təəccüblənərdim. Final mərhələsinin İspaniyada keçirilməsini istəyirik. Qarşımızda vacib nəticələrin həll olunduğu gərgin oyunlar olmasını arzulayırıq. Millətlər Liqasından Avropa çempionatına mümkün qədər yaxşı hazırlaşmaq üçün istifadə etmək istəyirik.
Xorvatiya ilə oyun mənim üçün çox vacibdir. Xüsusilə də əvvəlki görüşümüzün nəticəsini nəzərə alsaq. Həmin nəticə ədalətli idi, amma o zaman necə oynadığımızı, nə qədər səy göstərdiyimizi xatırlamalıyıq. İndi də yüksək səviyyəli oyun nümayiş etdirməliyik. Xorvatiya İspaniya ilə matçda çox yaxşı təsir bağışladı və qələbəyə çox yaxın idi. Hazırda bütün diqqətimiz bu oyuna yönəlib.
Qısa müddətdə iki çox güclü milliyə qarşı oynayacağıq. Hazırlıq üçün cəmi iki günümüz – çərşənbə axşamı və çərşənbə günləri olacaq. Bu müddətdə meydanda oyun sxemlərimizi və üslubumuzu bərpa etməyə çalışacağıq”, - deyə Tuhel bildirib.
Baxış sayı:63
Bu xəbər 06 Noyabr 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















