Tünzalə Ağayeva Xorvatiyada çıxış etdi
Icma.az, Olay.az portalına istinadən məlumatı açıqlayır.
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində "Azərbaycan musiqisi gecəsi" təşkil olunub.
OLAY yazır ki, Vatroslav Lisinski Konsert Kompleksində keçirilən gecədə tanınmış Azərbaycan bəstəkarları Tofiq Quliyev, Rauf Hacıyev, Elza İbrahimova, Vaqif Gərayzadə, Vaqif Mustafazadə, xarici ölkə bəstəkarları Henry Krieger, Petar Graso, Ivica Badurina, Freddie Peren və Dino Fekarisin əsərləri səsləndirilib.
Konsertdə Xalq artisti Tünzalə Ağayeva çıxış edib. Pop ulduz gecədə Xalq artisti Flora Kərimovanın məşhur “Bilməzdim” mahnısını daha sonra Xalq artisti Elmira Rəhimovanın “Sən yadıma düşəndə” və digər belə dəyərli sənətkarların beş əsərini canlı-canlı ifa edib. Səhnədə sənətçini Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyab müşayiət edib. Təqdim olunan bütün ifalar zalda böyük coşqu, məhəbbət və gür alqışlarla qarşılanıb.
Konsert proqramını mədəniyyət naziri Adil Kərimli, Xorvatiyadakı səfirimiz Anar İmanov, Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclasının hər iki tərəfdən iştirakçıları və Zaqreb ictimaiyyətinin nümayəndələri izləyiblər.
Qeyd edək ki, festivalda Xalq artistləri Ənvər Sadıqov və Tünzalə Ağayeva, Əməkdar artist Emil Əfrasiyab, müğənnilər Samirə Əfəndi, Elnur Hüseynov şövqlü ifaları ilə tamaşaçıların könlünü oxşayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 02 Oktyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















