Icma.az
close
up
RU
Tur yekunu: qar, bəyanat, “sülh”

Tur yekunu: qar, bəyanat, “sülh”

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasında XXIV tur geridə qalıb.

Lider “Qarabağ”ın “Sabah”la heç-heçə etdiyi turda “Zirə” qələbə qazanıb, ikinci pilləyə yüksəlib. Autsayder “Səbail” turu bir xalla başa vurub, “Neftçi” və “Turan Tovuz” isə üç xal əldə edib.

Neftçi – Sumqayıt 1:0

Turun açılış matçında “Neftçi” minimal hesablı qələbəyə sevindi. Oyunun sonlarında rəqibin “hədiyyə”sini geri çevirməyən və penaltidən fərqlənən “ağ-qaralar” aktivinə üç xal yazdırdı. Samir Abasovun yetirmələri son 5 matçda 4-cü qələbəsini qazandı. Komanda 5-ci pillədəki “Sabah”a yaxınlaşıb və indi fərq 6-dır. Paytaxt təmsilçisinin avrokubok iştahası artmaqdadır. Komandanın inkişafı azarkeşlərə bu yolda ümid verir.

“Sumqayıt”ın enişi isə davam edir. Bu il qələbə üzü görməyən “kimyaçılar” 9 oyundur da qol vura bilmir. Gedişat pisdir. Vaqif Cavadov komandanı tez toparlaya bilməzsə, o da mövsümün sonunu görməyə bilər. Kasad heyət və transferlərin tam uyğunlaşmaması komandadakı balansı pozur. “Sumqayıt”ın qarşıda “Sabah”la kubok oyunu var və məğlubiyyət tənqidləri daha artıra bilər.

Araz-Naxçıvan – Səbail 0:0

Mövsümün birinci dövrəsini yaxşı nəticələrlə keçirən və avrokuboklara əsas namizəd göstərilən “Araz-Naxçıvan”da xal itkiləri davam edir. Son üç oyunda qələbə qazana və qol vura bilməyən Elmar Baxşıyevin komandasında eniş hiss edilir. Hücumda Ramon Maçadonun yoxluğu komandanın irəli xəttdəki çatışmazlıqlarını üzə çıxarır. Qış transfer dönəmini passiv keçirən komanda indi bunun əziyyətini çəkməkdədir.

“Səbail” isə qış fasiləsindən sonra xallarını artırmaqdadır. Daha bir oyunu bir xalla başa vuran “dənizçilər” indi 9-cu “Kəpəz”dən bir xal geri qalır. Komandanın oyununda da artım hiss edilir. “Səbail” autsayder mövqeyində olsa da, istənilən rəqibə çətinlik yarada biləcəyini göstərir.

Qarabağ – Sabah 1:1

Turun mərkəzi oyunu “sülh”lə başa çatdı. “Qarabağ” ikinci pillə ilə xal fərqini qorudu, buna baxmayaraq, komandanın qol yollarında problemləri görünür. Bitirici oyunçu yoxluğu yaşayan “atlılar” irəlidə Musa Qurbanlı və Nəriman Axundzadədən istədiyini ala bilmir. Buna baxmayaraq, ehtiyat heyətlə belə istənilən rəqibdən üstün futbol nümayiş etdirən “atlılar” qələbə daha yaxın tərəf idi.

“Sabah” isə özündən üst pillələrdə yer alan daha bir komandaya qarşı əzmkar futbol nümayiş etdirdi. “Bayquşlar” elə təsir bağışlayır ki, sanki güclülərlə daha motivasiyalı və arzulu olur, özündən aşağılara qarşı nisbətən istəksiz çıxış edir. “Səbail”ə, “Kəpəz”ə, “Sumqayıt”a xal itirən “Sabah” avrokubok mübarizəsindən uzaqlaşmayıb, lakin itkilər yolu çətinləşdirir.

Şamaxı – Turan Tovuz 0:1

Şamaxıda güclü qar səbəbindən canlı yayımın və VAR sisteminin olmadığı matçda qonaqlar minimal hesablı qələbəyə sevindi. “Şamaxı” daha yaxşı təsir bağışlasa da, “Turan Tovuz”un etibarlı müdafiəsini yarmaq mümkün olmadı. Tovuz təmsilçisi matçdan öncə təxirəsalınma ilə bağlı müraciətinin rədd edilməsinə görə bəyanat yayaraq, görüşün hakimlərini də şübhə altına salmışdı. Buna baxmayaraq, komandanın futbol oynayaraq qazandığı qələbə bəyanatın yersiz olmasını göstərdi. AFFA-dan da xəbərdarlıq alan klub imicinə zədə vurmuş oldu.

Zirə – Kəpəz 2:0

Turun qapanış matçında “Zirə” inamlı qələbə ilə turnir cədvəlinin ikinci sırasına yüksəldi. Son turların ən formada komandası olan “qartallar” evində rəqibinə təhlükəli epizod yaratmağa belə imkan vermədi. “Kəpəz” isə bu mövsüm Qəsəbə təmsilçisi ilə matçlarda üçüncü məğlubiyyətini yaşadı. Son turlara nisbətən zəif çıxış edən Gəncə təmsilçisi “Səbail”in bir xal qazandığı turda əliboş qaldı.

Turun oyunlarında nəticələrdən çox hava şəraiti, qara görə təxirəsalınmalar daha çox müzakirə olundu. Buna baxmayaraq, çempionatın təşkilatçısı Peşəkar Futbol Liqasının ciddi səyləri hesabına turun bütün oyunları baş tutdu və bu, qurumun işinə necə peşəkar yanaşmasının göstəricisidir.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 25 Fevral 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see255

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see236

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see232

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see228

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see226

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see225

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see218

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see216

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see213

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see201

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see198

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see197

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see197

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see196

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see193

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see191

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see189

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see184

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see177

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri