“Olimpiya dünyası“ 25
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Olimpiya hərəkatı sülhə, dostluğa, həmrəyliyə, ədalətli rəqabətə və xalqlar arasında qarşılıqlı anlaşmaya söykənir. Fəaliyyətinin 25 ilini qeyd edən “Olimpiya dünyası” qəzeti bu dəyərlərin ölkəmizdə peşəkar təbliğini prioritet seçməklə, idmanın cəmiyyət həyatındakı əhəmiyyətini geniş ictimaiyyətə çatdırmağa müvəffəq olub, milli idman salnaməmizin formalaşmasına layiqli töhfələr verib.
İdmanın Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi, müasir idman infrastrukturunun yaradılması, regionlarda çoxsaylı idman komplekslərinin istifadəyə verilməsi, uşaq və yeniyetmələrin idmana cəlb olunması Azərbaycan idmanının yeni inkişaf mərhələsini formalaşdırıb. “Olimpiya dünyası” bu proseslərin informasiya təminatı baxımından cəmiyyətin qəbul etdiyi müstəsna tribunadır.
Müasir dövrdə informasiya məkanında baş verən sürətli dəyişikliklər, rəqəmsal medianın genişlənməsi və oxucu auditoriyasının yeni tələbləri idman mətbuatı qarşısında da yeni vəzifələr müəyyənləşdirir. “Olimpiya dünyası” hazırkı mühitin imkanlarından səmərəli istifadə edir və bu cəhət nəşrin gələcəyi üçün dərin inam hissi aşılayır.
Azərbaycan Mətbuat Şurası olaraq “Olimpiya dünyası” qəzetinin kollektivini nəşrin 25 illik yubileyi münasibətilə təbrik edir, nəşrin rəhbərliyinə və hər bir əməkdaşına möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, tükənməz enerji və daim oxucuların etimadını doğrultmaq əzmi arzulayırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 27 Noyabr 2026 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















