CeyLo ailəsi ilə bir arada Fotolar
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Dünya ulduzu Cennifer Lopez sosial şəbəkədə Şükranlıq Günü ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi ailəsi ilə bir arada olmağın, övladlarının kollecdən həftəsonu evə qayıtmasının və sevdikləri ilə birlikdə bayram ənənələrini yaşatmağın sevincini bölüşüb.
Cennifer bildirib ki, bu gün onun üçün ən önəmli olan minnətdarlıq hissidir:
“Bu gün ailəmin əhatəsində, evdə minnətdarlıq hissi ilə oyandım. Uşaqlarım dəhlizin o biri tərəfində yatır, həftəsonu üçün kollecdən evə qayıdıblar. Günün bütün ənənələrini yaşatmağa, yemək bişirməyə hazıram. Amma bu gün düşündüyüm ən vacib ənənə minnətdarlıqdır.
Bu gün həmişə minnətdarlıq günü olub. Həyatımdakı bütün sevgiyə və sevdiklərimlə yaşadığım gözəl həyata heç vaxt bu qədər minnətdar olmamışam.
Bu axşam mənim üçün xüsusilə özəldir. Nyu-Yorkda balaca qız olduğum vaxt bu günü hər şeydən çox arzulayırdım. Hər il Şükranlıq Günündə anam və bacılarımla televizor qarşısında oturub “West Side Story” filminə baxır, bir gün özümün də orada olacağımı, oxuyacağımı, rəqs edəcəyimi və aktyorluq edəcəyimi xəyal edirdim.
Bu gün isə ailəmlə televizor qarşısında oturub öz şousumu eyni gündə, eyni vaxtda izləyəcəyəm. Bunun həyatımda tam bir dövrün tamamlanması olduğunu demək azdır. Bu, sözün əsl mənasında, gerçəkləşmiş bir xəyaldır.
Bütün bu illər ərzində mənimlə bu yolda olduğunuz üçün hər birinizə minnətdaram. Birlikdə paylaşdığımız sevgini və gözəl anları düşünəndə gözlərim dolur. Bu axşam hər şey öz zirvəsinə çatır. Divanda əyləşmişik və izləməyə hazırıq!
Hər şey üçün çox sağ olun. “THE JLO SHOW”u izləməyi unutmayın. Birlikdə izlədiyiniz anların fotolarında məni işarələyin, mən də paylaşacağam. Sizi sözlə ifadə edə bilməyəcəyim qədər çox sevirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 27 Noyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















