Icma.az
close
up
RU
Tural Abbaslı: “Qanunvericilik çərçivəsində sosial şəbəkələrə nəzarət bazası yaradılmalıdır”

Tural Abbaslı: “Qanunvericilik çərçivəsində sosial şəbəkələrə nəzarət bazası yaradılmalıdır”

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

“Sosial şəbəkələr müasir dünyanın reallıqlarından biridir. İnkar edilməsi və görülməzlikdən gəlinməsi mümkün deyil. Dünyanın bəzi ölkələrində sosial şəbəkələrə girişlərə qadağa qoyulsa da, müasir texnologiyalar (VPN və.s) ilə bütün bunların öhdəsindən gəlmək olur. Ona görə də sosial şəbəkələri Azərbaycan reallığı kimi qəbul etməliyik”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
O bildirib ki, istənilən yeniliyin neqativ tərəfləri də olur:
“Biz daha çox neqativ tərəflərinin gündəmə gəlməsinin şahidi oluruq. Dövlətin informasiya siyasətinin sosial şəbəkələr üzərindən aparılması, biznes fəaliyyətinin daha da əlçatan olması, reklamın sadələşməsi, sadə istehsalçının birbaşa müştəriyə çıxışının təmin olunması və.s kimi bir çox müsbət tərəflər var. Eyni zamanda sosial şəbəkələrin insan alveri, silah alveri, narkotik vasitələrin təbliği, cinayətkar qrupların təşkilatlanması və.s kimi ciddi mənfi tərəfləri də var. Ancaq atalar sözündə deyildiyi kimi,  “Bir güvəyə görə yorğan yandırmazlar”. Odur ki, sosial şəbəkələrə nəzarət mexanizmləri artırılmalıdır. İki istiqamətdə işlər getməlidir. Qanunvericilik çərçivəsində virtual aləmə nəzarət bazası yaradılmalıdır. Bunun üçün inkişaf etmiş ölkələrin təcrübələri götürülə bilər. İkinci istiqamət isə texnoloji nəzarətdir. Müxtəlif filtrizasiyalardan istifadə etməli və ya həmin şirkət sahibləri ilə dövlətlər arasında təhlükəsizlik razılaşmaları inkişaf etdirilməlidir. Belə olan halda sosial şəbəkələrdən öz pis niyyətləri üçün istifadə etmək istəyənlərin fəaliyyətinin qarşısı alınacaq. Bir neçə nəfər narkotiki və insan alverini təbliğ edib deyə sosial şəbəkələrə qadağa gətirmək olmaz. Belə olan halda biz ibtidai icma quruluşuna qayıtmış olarıq ki, bu, indi mümkün deyil. Sosial şəbəkələr iqtisadiyyatın, siyasətin, mədəniyyətin tərkib hissəsinə çevrilib. Qanunvericilikdə və texnoloji baxımdan nəzarət gücləndirilməlidir”. 
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 May 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see181

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see180

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see164

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see150

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see136

Şimali Koreya Yapon dənizinə iki ballistik raket atıb

04 Yanvar 2026 06:22see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri