Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Tural Abbaslıdan Almaniyadakı səfirimizə SƏRT REAKSİYA “Diplomatın işi bloger kimi şəkil çəkdirmək deyil”

Tural Abbaslıdan Almaniyadakı səfirimizə SƏRT REAKSİYA “Diplomatın işi bloger kimi şəkil çəkdirmək deyil”

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Yeni il münasibətilə diplomatlar üçün təşkil etdiyi qəbula səfir yarı milli geyimdə qatılıb.
N.Ağayev həmin tədbirdən çəkilən fotoları öz sosial şəbəkə hesabında paylaşıb.
“Almaniyanın Federal Prezidenti Zati-aliləri Dr. Frank-Valter Ştaynmayerin Berlindəki gözəl Bellevue sarayında Diplomatik Korpusun Yeni il ziyafətində iştirak etməkdən şərəf duyuram”, deyə səfir paylaşımında qeyd edib.
Lakin Nəsimi Ağayevin bu addımı sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Əksər izləyicilər səfirin rəsmi tədbirə bu cür geyimdə qatılmasını və belə paylaşımlar etməsini tənqid ediblər. Sosial şəbəkə istifadəçilərinin əsas narazılığına səbəb olan məqam isə səfirin diplomatik fəaliyyətindən daha çox bu cür addımı ilə gündəmə gəlməsidir.
Səfirin bu addımı diplomatik etiketə nə dərəcədə uyğundur?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Ağ Partiyanın başqanı Tural Abbaslı deyib ki, diplomatik nümayəndələrin etik davranış normaları var:
“Siyasi səhnədə diplomatların davranışları ciddi şəkildə protokollaşdırılmış və təmsil etdiyi dövləti simvolizə edən formada olur. Bu mənada hesab edirəm ki, hər bir, səfir və konsul istənilən addımı atarkən, paylaşım edərkən və mövqe sərgiləyərkən öz şəxsi fikir və düşüncələrini bir kənara qoymalıdır. Onların davranışları təmsil etdiyi dövlətin duruşunu, dövlətin mövqeyini və dövlətin yanaşmasını əks etdirməlidir.
 

Şəxsən mənə xoş deyil ki, hansısa bir səfirimiz və yaxud konsulumuz hansısa bir ölkə başçısının, lap elə ABŞ prezidenti ilə şəkil çəkdirməsini özünə fəxr bilsin. Çünki Azərbaycan ərazi və əhali baxımından kiçik də olsa da diplomatların borcudur ki, Azərbaycanın qətiyyətini, prinsipial mövqeyini qorusunlar, saxlasınlar. Yoxsa, bloger kimi prezidentlə, tanınmış müğənni ilə şəkil çəkdirmək diplomatik nümayəndənin davranış kodeksinə uyğun deyil.


Fərqi yoxdur bu dost ölkənin, ya da qeyri-dost ölkənin prezidenti olsun. Diplomat unutmamalıdır ki, o bir dövləti təmsil edir, həmin dövlətin simvoludur. Ona görə də səfir Nəsimi Ağayevin fikirləri ciddiyə alınmalıdır. Bundan əlavə, bizim diplomatik korpusların nümayəndələrinə də bununla bağlı müvafiq təlimatlar verilməlidir ki,  onların sosial şəbəkələrdəki fəaliyyəti diplomatik fəaliyyətə uyğun olsun”.
Qeyd edək ki, Nəsimi Ağayev 2022-ci ilin avqustun 19-u ölkəmizin Almaniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Yanvar 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri