Icma.az
close
up
RU
Tural Baxış: Teatr binamız yoxdur, ofisdə fəaliyyət göstəririk Müsahibə

Tural Baxış: Teatr binamız yoxdur, ofisdə fəaliyyət göstəririk Müsahibə

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az aktyor Tural Baxışla Aydan Hacının müsahibəsini təqdim edir.

- Tural bəy, atanız məşhur şair olsa da, sizi çox adam Eldar Baxışın oğlu kimi tanımır. Bunun özünüz istəmisiniz, yaxud başqa səbəblər var?

- Adətən, bunu dilimə gətirməyi sevmirəm. Hətta atamın tanıdıqlarının yanında belə. Bu da bilərəkdən etdiyim bir şey deyil. Ehtiyac olmadığını düşünürəm.

- Fərqli olduğunuzu düşünürsünüz?

- Ən əsas özəlliyim sakit təbiətli olmağımdır. İşgüzaram, çalışmağı sevirəm. Başqa belə fərqli xüsusiyyətim yoxdur.

- Məsələn, elə rol var ki, siz onu heç vaxt oynamazsınız?

- Əlbəttə, elə rollar var. Biz elə bir ölkədə yaşayırıq ki, burada bəzi şeyləri nəzərə almaq lazımdır. Mən bir insanın özünü ədəbiyyata, mədəniyyətə, incəsənətə qurban verməsinin əleyhinəyəm. Təsəvvür edin, bir insan deyir ki, bəs mən dülgərlik üçün illərimi vermişəm. Nə bilim, filan qədər toz udmuşam. Saçımı süpürgə etmişəm. Bunlar hamısı yalan düşüncələrdir. Bizdə, xüsusən, bu hallar yaşlı nəslin nümayəndələri arasında daha çoxdur. Bu da düşünürəm ki, dövrdən asılıdır. Yəqin ki, biz də o dövrü görmüş olsaydıq, belə düşünərdik.

- Tutalım, hansısa pedofil, yaxud cinsi azlıq nümayəndəsinin obrazını canlandırarsınız?

- Yəqin ki, yox. Amma düşünürəm ki, kinoda əsas məsələ onun ideyasıdır. Yəni, hər hansı bir şəxs pedofil və ya cinsi azlığın obrazını canlandırırsa, bu həmin şəxsin o cür insan olması demək deyil. Bizdə isə əksinədir. Bu cür rolları ifa edənləri cəmiyyət çox aqressiv qarşılayır. Bu da düşünürəm ki, iki müharibə görmüş bir xalq olaraq normaldır. Həm də biz çox unutqan millətik axı. Hər hansı şounun uzağı bir ay möhləti var. Bir aydan sonra yeni situasiyalar yaranır və hamımız keçirik onu tənqid etməyə. Həm də tənqidin faktı dəyişdiyini də düşünmürəm.

- Sizin tənqidlərə münasibətiniz necədir?

- Çox normal. Çox təbii. İnsan elə bir məxluqdur ki, hər zaman tənqid etməlidir. Tənqidə də açıq olmalıdır.

- “Apatiya” filmindəki rolunuza görə daha çox tənqid etdilər.

- Bir şeydə şansım gətirdi ki, obrazıma görə çox adam məni tanımadı. Hətta öz dostlarım belə tanıya bilməmişdi. Amma ailəm və qohumlarım da normal qarşıladı. Yutubda rəylər daha çox yazıldı. Sözün açığı, heç fikir də vermədim. Bir az yaşlı nəsil yaxşı qarşılamadı.

- Açıq-saçıq səhnələr, doğrudan, əxlaqsızlığı təbliğ edir?

- Niyə belə düşünürlər, bilmirəm. Əgər bir aktyor və ya aktrisa filmdə əxlaqsız bir obrazı canlandırırsa, bu o demək deyil ki, sən də get ona bax, əxlaqsız ol. Əksinə, bax müəyyən obrazlara və özlüyündə dərs çıxart ki, nələri etmək olmaz, nələri olar və əxlaqsızlığın sonu necə olacaq. Səni hansı yerlərə gətirib çıxardacaq.
Bizdə tərsinədir. Baxıb deyirik ki, o əxlaqsızdırsa, qoy mən də elə olum. Məsələn, “Apatiya”dakı vecsizliyin sonu da elə faciə ilə bitməli idi. İnsan özünü mərhələli şəkildə tərbiyə etməyi bacarmalıdır. Əks halda sonluq hər zaman bədbəxtlik gətirir. Öz uşaqlarıma da bunu aşılamağa çalışıram. Düzdür, adam ilk başda coşur, əsəbləşir. Amma sonra görürsən ki, problem sənin özündədir. Yəni, biz bəzi şeyləri övladlarımıza düzgün formada aşılaya bilmirik.

100 il bundan qabaq nə idiksə, indi də oyuq. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir bu ölkədə yaşayan insanlar haqqında nə yazmışdılarsa, elə olduğu kimi də qalıb. Heç nə dəyişməyib. 100 ildən sonra da çətin dəyişə.

- Dönüş nöqtəniz hesab etdiyiniz bir rolunuz varmı?

- Yox. Mən, ümumiyyətlə, düşünmürəm ki, sənətçi üçün hansısa bir obraz dönüş nöqtəsi olsun. Bu çox az hallarda baş verən bir şeydir. Məsələn, rəhmətlik Hüseyn Dərya bir gecənin içində məşhurlaşmışdı. Amma mən 25 ildir ki, bu işlə məşğulam və kiminsə dönüşünü hələ görməmişəm.

- Teatrda necə, fəaliyyət göstərirsiniz?

- Əlbəttə, Bakı Bələdiyyə teatrında fəaliyyət göstərirəm. Amma bizim əsas problemimiz teatr binamızın olmamasıdır. Ofis şəraitində fəaliyyət göstəririk. Düzdür, Bakı Şəhər İcra Hakimiyyəti bizimçün müəyyən şərait yaradıb, amma ofis teatr demək deyil. Biz bütün məşqlərimizi balaca bir otaqda edirik, sonra da Azdramanın səhnəsində çıxış edirik. Bu da çox çətindir. Biz burada, sadəcə, xırda addımlar ata bilirik. Teatrda işləyən hər kəs bunun necə çətin olduğunu bilir. Çətin olsa da, çalışırıq ki, tamaşaçı ilə münasibəti qoruyaq, əsərə zərər verməyək.

- Teatrda daha rahatsız, yoxsa kinoda?

- Məncə, teatr və kino tamam fərqli anlayışlardır. Məsələn, biri farel balığıdır, digəri balinadır. Teatr daha duyğulu və emosionaldır. Kinoda hər hansı bir obrazın ağlamağı tamaşaçıya çox da təsir etmir. Amma teatrda... istər-istəməz çox insanı kövrəldir. Kino daha çox texniki sənətdir. Yaradıcılıq başlanğıcı olsa da, yenə də texnikidir. Bunu biz demirik, bütün Qərb aləmi deyir. Məsələn, Birinci Dünya Müharibəsi vaxtı ölkələr müharibə edirdi, amma Amerika kino çəkirdi. İkinci Dünya Müharibəsi vaxtında da elə idi. Hazırda Üçüncü Dünya Müharibəsinin astanasındayıq və Amerika yenə də kino çəkir. Biz də şəkərburaya yaxşı naxış vura bilirik, pul yeyirik, pul silirik; yaxşı qoğal bişirə bilirik.

- Bəs serial necə? Deyəsən, son vaxtlar çəkilmirsiniz.

- Son dövrlər çəkilmirəm. Axırıncı serialdan sonra proses maraqsız və yorucu gəlməyə başladı. Həm də çəkiliş rejimi mənə uyğun gəlmir. Çatışmayan şeylər o qədər çoxdur ki, bu da insanı yorur, incidir.

- Seriallarda gündəmə gətirilən mövzular necə, sizi qane edir? Bayağı deyil ki?

- Azərbaycanda bir çox mövzularda seriallar çəkilir. Amma ən məşhur seriallarımızın adları da “Namus", “Xəyanət”, “Vicdan haqqı” və sairdir. Bunlar da məişət mövzularından bəhs edir. Görünən odur ki, xalqın təlabatı sırf bu istiqamətdədir. Məsələn, İctimai Tv-də maraqlı seriallar çəkilir. Amma baxırsan ki, reytinqlər sürünür. Camaatın diqqətini cəlb edə bilmir. Amma təbii ki, tələbat var deyə fahişələri ekrana çıxardacaq deyilik. Ümumiyyətlə, düşünürəm ki, bu kanalların əksəriyyəti bağlansa, yaxşıdır. Çünki televiziya kanallarına nəzarət yoxdur. Adicə insanla necə rəftar etməyi belə bilmirlər. İnsanların beyninə elə toxumlar səpirlər ki, birbaşa şiddətə meyl etməyə başlayırsan. Nəzərə almaq lazımdır ki, biz hər şeydən əvvəl insanıq.

- Özünüzün indiyə qədər bəyəndiyiniz ən yaxşı rolunuz hansıdır?

- Yadımda qalan obrazlarım var. Amma heç birinə filan rol "çox mükəmməldir" deyə bilmərəm. Ümumi baxsaq, “Həyat, sən nə qəribəsən” serialındakı obrazım daha çox tanınırdı. Bu mənim seçdiyim peşədir, bu o demək deyil ki, nələrisə ilahiləşdirməliyəm. Əgər sən, həqiqətən, sənətini sevirsənsə, özünü fəda edirsənsə, niyə qrantları, mükafatları qəbul edirsən? Niyə evləri, maşınları asanlıqla ala bilirsən? Bizim peşəmiz onsuz da, bir növ, yalan danışmaqdır. Çıxırıq səhnəyə, müəyyən obrazlara girib, tamaşaçını aldadırıq. Amma bunu aliləşdirmək də mənasızdır. Bəzi aktyor və aktrisalarımız qürurla deyir ki, 40 ildir, səhnənin tozunu uduram. Bəs 40 ildə aldığın maaşı niyə demirsən? Bunun nəyi fədakarlıq sayılır? Fədakarlıq o idi ki, əsrin əvvəlində Hüseyn Ərəblinski gizlənə-gizlənə teatra gəlirdi. Bir qəpik xeyri olmadan. Nə maaş alırdı, nə də qonarar. Bu, sənət fədailiyi idi. Demək çox asandır. 40 ildə ortaya qoyduğunuz film, yaxud serial hanı bəs? Mən 2005-ci ildə Qara Dəniz Sahilləri Festivalında tamaşalara baxmışdım. Düşünürəm ki, hələ Azərbaycanda o cür tamaşalar 20 ildən sonra da olmayacaq.

- Bəs problem nədədir, maddiyatmı, aktyormu və ya rejissorun fəaliyyətimi?

- Problem layiq olmayan, səhnə ilə yaxından uzaqdan əlaqəsi olmayan insanların başda oturmasıdır. Sovet dövründə teatrda işləmək üçün aktyorlar fəhləlikdən başlayırdı. Mühitə tamamən öyrəşdikdən sonra səhnəyə çıxırdı. İndi isə vəziyyət elə deyil. Kim nə vaxt istəsə, haradan istəsə, səhnəyə çıxa bilər. Son dövrlərdə baş verən davaları görürsünüz. Heç kəsi teatrın problemi maraqlandırmır. Hamı, sadəcə, öz mənafeyini güdür. Ev, pul dərdi çəkir. Əsas problemləri dedi-qodudur. İllərdir davam edən bütün münaqişələr şəxsi mənafe əsasındadır. Ona görə də ortada heç bir fəaliyyət yoxdur. Bir də kinostudiyamız var Cəfər Cabbarlı adına. O da dağılıb-tökülür.

- Maliyyə ayrılmır bəs?

- Əlbəttə, ayrılır. Sadəcə, o vəsait müəyyən şəxslərin cibinə gedir. Ona görə də ortada normal bir film və ya layihəmiz yoxdur. Yeni rəhbər təyin olunan hər kəs elə vədlər verir, deyirsən ki, vəssalam, hər şey düzəldi. Üstündən üç ay keçir, baxırsan, əvvəlki bundan şükürlü idi. 1800 manata ərsəyə gələn iş necə olmalıdır ki? Bir müddət əvvəl dövlət yeri serial və filmlərin çəkilməsi üçün vəsait ayırdı. Hətta Türk serialları dublyaj olundu. Ancaq o vəsait də yeyildi. İndi yenə vəsait ayrılmalıdır və əminəm ki, o da yeyiləcək. Axı biz millət olaraq “yeməyi” sevən xalqıq. Bu dəqiqə arxivdə o qədər yarımçıq filmlər var ki, heç açıb baxan da yoxdur, görək, filan layihə niyə yarımçıq qalıb?
10 milyon vəsait ayrılır, ancaq elə başlanğıcda hərə 1-2 milyon yeyir... və beləcə, qəpik-quruş qalır. Ona görə də ortada bir şey yoxdur. Teatrlarda vəziyyət nisbətən yaxşıdır. Amma belə baxanda, mən bu 25 ildə hələ ucuz maşında gəzən teatr rəhbəri görməmişəm. Niyə aktyor, rejissor, rəssam yox, sadəcə, teatr rəhbərləri? Yəqin, 100 ildən sonra düzələcəyik.

- Elə bir obraz olub ki, sizə uyğun olmayıb, amma maddiyata görə qəbul etmisiniz?

- Mən bir obrazı canlandırmazdan əvvəl çox götür-qoy edirəm. Hər şeyi hesablayıb, uyğunlaşdırıb sonra qəbul edirəm. Elə fikirlər olsa belə sonradan yaranır. Bir də mühitdən çox şey asılıdır. Haqsızlıq gördüyüm ortamda qala bilmirəm. Tək özümə qarşı deyil, ətrafımda olanlara qarşı da haqsızlıq görsəm, o mühitdə qala bilmirəm. O ki, qaldı maddiyata, əvvəldən belə fikrlərim olmayıb.

- Ailədə sənət mübahisələri olur? Həyat yoldaşınız qısqanırmı?

- Mənim həyat yoldaşım da aktrisadır. İkimiz də eyni teatrda işləyirik. Təbii ki, müəyyən qısqanclıqlarımız olur. Məncə, qısqanclıq insana xas xüsusiyyətdir. Normaldır.

- Bildiyim qədəriylə özünüz də “Qarabağ” mövzusu ilə bağlı ssenari yazırsınız. Necə gedir?

- Davam edirəm. Öz kəndimizdə baş verən hadisədir. Yekunlaşdırım, ARKA-nin yeni müsabiqəsinə təqdim edəcəyik.

- Kitab oxuyursunuz?

- Son dövrlər bəddi ədəbiyyat oxumuram. Klassikllərin əksəriyyətini oxumuşam. Oxumadıqların haqqında da müəyyən məlumatlarım var. Yeni nəsil ədəbiyyatı isə heç oxumuram. Anlayışım yoxdur. Hazırda, məsələn, rejissor, ssenarist metodikası kimi kitablar oxuyuram. Bir də filmlərə daha çox baxıram. Kitabları, adətən, ssenari üçün lazım olanda vərəqləyirəm. Müəyyən mövzuları tapmaq üçün istifadə edirəm. Bir kitab haqqında çox tərif eşidirəmsə, o halda oxuyuram.

"İncəsənətdə məktəb anlayışı: Neftçala rəssamlıq məktəbi" adlı seminar keçirildi “Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb "Aclıq oyunları" filminin davamı çəkilir
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 May 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see223

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see209

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see130

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see127

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see124

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see119

İranın yol və şəhərsalma naziri Şahin Mustafayev ilə görüşüb

06 Avqust 2025 10:32see119

Ağstafada yol qəzası ölümlə nəticələndi

06 Avqust 2025 08:56see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see116

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see111

BDU da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06 Avqust 2025 10:18see110

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see110

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see110

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri