Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Media eksperti: Cəlbedicilik təkcə klik və baxış sayları ilə ölçülmür MÜSAHİBƏ

Media eksperti: Cəlbedicilik təkcə klik və baxış sayları ilə ölçülmür MÜSAHİBƏ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 24 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Sürətlə dəyişən dünyada informasiya axınlarının getdikcə daha müxtəlif və mürəkkəb hal aldığı şəraitdə müstəqil və etik medianın rolu ön plana çıxır, bu isə cəmiyyətin və iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır.

Mövzu ilə bağlı etik kommunikasiya və texnoloji startapların təşviqi sahəsində ekspert, “Grechka Media” kommunikasiya agentliyinin təsisçisi İvan Drobışev AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

– “Grechka Media”nın yaranması ideyası necə meydana gəldi və sizin platformanız Cənubi Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda müstəqil jurnalistikanın inkişafına hansı şəkildə töhfə verə bilər?

– Mən ixtisasca ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisəm, lakin karyerama məhz jurnalistikadan başlamış, televiziya kanalında redaktor kimi çalışmışam, həmçinin şəhər və biznes nəşrləri üçün yazılar yazmışam. “Grechka Media” 2015-ci ildə yarandı. O vaxt görürdüm ki, heç bir agentlik startaplarla sistemli şəkildə işləmir. Elə bu məqamda texnoloji şirkətlərin özlərini etik, şəffaf və maraqlı formada təqdim etmələrinə kömək edən ilk kommunikasiya agentliyini yaratmaq ideyası meydana gəldi.

Biz buna “etik innovasiyaların təşviqi” deyirik, yəni, insanlara və cəmiyyətə real fayda gətirən həllərin dəstəklənməsi. Bu prinsiplər BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə, xüsusilə infrastruktur və innovasiyaların inkişafı istiqamətləri ilə səsləşir. Lakin bu, bizim üçün sadəcə bir şüar deyil, praktiki rəhbərlik prinsipidir: manipulyasiya etməmək və ya məcbur etməmək, əksinə, brendlərin öz kommunikasiya proseslərində daha aydın və dürüst olmasına yardım etmək.

Komandamızın heyətinin əksəriyyəti keçmiş jurnalistlərdir. Biz onların əsas prinsiplərinə sadiq qalırıq: faktların dəqiqliklə yoxlanılması, auditoriyaya hörmət və balansın qorunması. Çox zaman “Wag the Dog” (1997) adili piar filmindəki kimi ictimai rəyin manipulyasiyası ilə assosiasiya olunur. Biz isə əksinə. Hədəfimiz şirkətlərin kommunikasiya prosesini səs-küylü deyil, açıq və insani, anlaşıqlı və dürüst etməkdir. Məhz bu prinsipləri biz fəaliyyət göstərdiyimiz bütün bazarlarda tətbiq edirik — istər BƏƏ olsun, istərsə də Azərbaycan.

– Azərbaycanda müstəqil media üçün hansı çağırışları və imkanları görürsünüz?

– Bu gün müstəqil medianın qarşısında duran əsas təhdid etimadın devalvasiyasıdır. Nüfuzlu nəşrlər artıq çox vaxt faktlardan daha çox “layk”ları önəmi sayan bloqerlərlə rəqabət aparmaq məcburiyyətində qalır. Dünyanın bir çox yerlərində eyni tendensiya müşahidə olunur: faktlar fikirlərə uduzur, diqqət isə yeni “valyutaya” çevrilir.

Lakin bu vəziyyət müəyyən imkanlar da yaradır. Hazırda kiçik, lakin güclü və müstəqil media qurumlarının yeni nəsli formalaşır. Onlar etimadı sərlövhələrin səs-küyü ilə deyil, sabitlik və şəffaflıq əsasında qazanırlar. Bu mənada Azərbaycan və ümumilikdə Cənubi Qafqaz region çox maraqlı bir nöqtədədir: auditoriya daha da yetkindir və məzmunun virusluluğuna deyil, keyfiyyətinə dəyər verir.

– Azərbaycanda, eləcə də regionun digər ölkələrində auditoriya aktiv şəkildə rəqəmsal platformalara keçir. “Grechka Media” bu dəyişikliklərə necə uyğunlaşır və hansı yanaşmalar Azərbaycan mediası üçün faydalı ola bilər?

– Mənim fikrimcə, əksər media artıq uzun müddətdir ki, müasir rəqəmsal platformalara uyğunlaşıb. Onların sadəcə başqa seçimi yoxdur: ya adaptasiya olunur, ya da auditoriyanı tədricən, bəzən isə çox sürətlə itirirlər. Klassik daşıyıcılar olan radio və ya çap mətbuatına bu gün getdikcə daha az hallarda rast gəlinir.

Şəxsən mən həftəlik jurnala abunə olmağı sevirəm — onu əlinə alıb oxumaq, redaktorların həftənin mənalı icmalını hazırladığı materialı izləmək xoşdur. Bu, klik və sensasiyalı xəbərlərin arxasınca qaçmaqdan xoşdur. Deyə bilərəm ki, ənənəvi media artıq müəyyən mənada “lüks”ə çevrilir, lakin, təbii ki, biz — mediada çalışanlar olaraq auditoriyanın olduğu məkana gedirik.

Son beş ildə bizim üçün ən dinamik platforma Telegram olub. Bu, dünyada, xüsusilə bizi maraqlandıran regionlarda ən sürətlə artan auditoriyaya malik universal mesajlaşma vasitəsidir.

Hazırda isə biz daha irəli gedirik: kommunikasiya strategiyalarına əsaslanan süni intellekt (AI) strateqini işə salmışıq, həmçinin şirkət daxilində low-code platformalar üzərində həllər yaratmaq üzrə kompetensiyamızı artırırıq.

Mənim universal məsləhətim budur: auditoriyanın ardınca gedin, onu diqqətlə öyrənin və aydın görünməyən üstünlükləri tapın, sadəcə uğurlu nümunələri kopyalamayın. Bəzi bazarlarda “Apple” podkastları işləyir, digərlərində yalnız yerli platformalar populyardır. Media dünyası getdikcə daha çox seqmentləşir, buna görə də hətta eyni dil məkanında belə auditoriyanı diqqətlə izləmək vacibdir.

– “Grechka Media” auditoriya etimadını və iştirakçılığını necə formalaşdırır? Bu təcrübə Azərbaycanda ictimai dialoqun inkişafına necə kömək edə bilər?

– Bakıdakı “InMerge” konfransında mən etimad mövzusuna həsr olunan panelin moderatoru idim və bütün iştirakçılar eyni fikrə gəldi: etimad yalnız zaman və ardıcıllıqla formalaşır. Biz “Grechka Media”da sadə bir qaydaya əməl edirik — həmişə verdiyin sözü tut. Bu, həm müştərilərimizə, həm jurnalistlərə, həm də auditoriyaya aiddir.

Cəlbedicilik isə təkcə klik və baxış sayları ilə ölçülmür. Həqiqi iştirak odur ki, auditoriya brendlə qalmaq, ona qayıtmaq və onun məzmununu paylaşmaq istəsin.

Məsələn, bizim tərəfdaşımız, “Privalia Brazil” şirkətinin baş direktoru Fernando Boskolo forumda danışırdı ki, onlar “shopertainment”, yəni alış-verişlə əyləncə formatını birləşdirən modeli tətbiq ediblər. Bu, alış-verişi sadə əməliyyatdan emosional təcrübəyə çevirdi. Eyni prinsip kommunikasiya üçün də keçərlidir: emosiyalar, gözlənilməzlik və oyun elementi əlavə edin. O zaman auditoriya sadəcə dinləməyəcək, fəal şəkildə iştirak edəcək. İnsanlar artıq təkcə məlumat deyil, qarşılıqlı ünsiyyət istəyirlər ki, məhz bu da etimadı formalaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see745

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see417

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see289

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see282

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see265

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see264

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see262

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see257

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see244

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see231

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see225

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see224

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see223

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see221

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see220

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see217

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see208

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see203

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see203

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri