Icma.az
close
up
RU
SANLAB ın qurucusu: Azərbaycanda 10 dan çox məkanda fəaliyyət göstəririk MÜSAHİBƏ

SANLAB ın qurucusu: Azərbaycanda 10 dan çox məkanda fəaliyyət göstəririk MÜSAHİBƏ

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 dekabr, Leyla Muradzadə, AZƏRTAC

Silikon Vadisinə Türkiyə tərəfindən göndərilən ilk texnologiya şirkəti – SANLAB-ın qurucusu Salih Kükrek, təhsil simulyatorları və real zamanlı robototexnika sahəsində Türkiyənin ehtiyacı olan texnologiyaları milliləşdirmək məqsədilə texnologiya sahibkarlığına addım atmışdır. Şirkət təkcə öz ölkəsində deyil, Azərbaycan da daxil olmaqla, dünyanın bir çox bölgəsində fəaliyyət göstərir. AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan Salih Kükrek SANLAB-ın ümumi iş prinsipləri və Azərbaycan bazarındakı fəaliyyət perspektivləri barədə danışıb.

-SANLAB şirkətinin fəaliyyəti haqqında danışardınız.

-Yarandığı gündən etibarən SANLAB öz sahəsində təkcə Türkiyədə deyil, dünyada sayılıb-seçilən texnoloji şirkətlərdən biridir. Biz bir tərəfdən müdafiə və avtomobil sənayesi üçün robot sistemləri, digər tərəfdən peşə təhsili üçün simulyasiya texnologiyaları inkişaf etdiririk.

SANLAB yalnız bir avadanlıq istehsalçısı deyil, həm də performansyönümlü modelləşdirmə proqram təminatı hazırlayan, sənaye və təhsil üçün ixtisaslı işçi qüvvəsi yetişdirən bir texnologiya bazasıdır. Təhsil texnologiyalarımız sayəsində bu gün 40-dan çox peşə üzrə ixtisaslı kadrların hazırlanmasına töhfə veririk. İnkişaf etdirdiyimiz VR əsaslı öyrənmə və modelləşdirmə həlləri kimyadan logistikaya, məişət texnologiyalarından kənd təsərrüfatına qədər bir çox sektorda fəal şəkildə istifadə olunur və müxtəlif sahələrin ehtiyaclarına çevik şəkildə uyğunlaşır.

Gələcəyin peşələrindən tutmuş hər dövrün əvəzolunmaz fəaliyyət istiqamətlərinə qədər geniş perspektivli həllər təqdim edirik. Elektrikli avtomobillər kimi sürətlə inkişaf edən sektorlar üçün texniki xidmət və təlim dəstəyi təmin edir, namizədlərin qısa müddətdə peşəkarlaşmasına şərait yaradırıq. Tikinti texnikası, CNC, qaynaq, forklift və montaj kimi əsas sənaye peşələri üçün həllərimiz sayəsində insanları maksimum üç ay ərzində işə hazır, bacarıqlı və yüksək ixtisaslı işçi qüvvəsi kimi sahəyə cəlb edirik.

Simulyatorlarımız 56 il ərzində Türkiyənin 300-dən çox nöqtəsində, eləcə də dünyanın müxtəlif ölkələrində, xüsusi ilə də Azərbaycanda 10-dan çox məkanda fəaliyyət göstərir. Bu günə qədər on minlərlə insan bizim simulyatorlarımızda təlim keçərək peşəyə yiyələnib və ixtisaslı məşğulluq sisteminə daxil olub.

-SANLAB-ın qlobal rəqiblər üzərində əsas texnoloji üstünlüyü nədir?

-SANLAB-ın qlobal rəqibləri qarşısındakı ən mühüm texnoloji üstünlüyü modelləşdirmə qərarlarında əldə etdiyi gerçəkliyin yüksək qavranılması və öz riyazi gücüdür. Qlobal miqyasda fəaliyyət göstərən bir çox şirkət standart və ümumiləşdirilmiş həllər təklif etsə də, SANLAB simulyatorlarında istifadə olunan fizika mühərriklərini və 6 oxlu hərəkət sistemlərini avtomobilin real dinamikasını dəqiq əks etdirmək üçün öz mühəndislik infrastrukturu ilə inkişaf etdirir.

Bununla yanaşı, müştəri ehtiyaclarına uyğun hazırlanan xüsusi layihələr üçün proqram və aparat həllərindəki çevikliyimiz SANLAB-ı qlobal rəqiblərdən fərqləndirən əsas elementlərdən biridir

-Siz artıq Azərbaycan bazarına daxil olmusunuz. Bilmək istərdik ki, işğaldan azad olunmuş torpaqlada hər hansı fəaliyyət barədə düşünürsünüz?

-Bu yaxınlarda buldozer və ekskavator simulyatorlarımızla Azərbaycan bazarına daxil olduq. Biz texnologiyamızı “iki dövlət, bir millət” fəlsəfəsinin gətirdiyi həssaslıqla Azərbaycan xalqının xidmətinə təqdim etmişik. Bizim üçün bu, təkcə kommersiya fəaliyyəti deyil, həm də regionun inkişafı prosesinə verdiyimiz dəyərli töhfədir.

Xüsusilə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması irimiqyaslı və çoxşaxəli bir prosesdir. Bu prosesin sürətinə birbaşa təsir edən amillərdən biri də ixtisaslı texnika operatorlarına olan ehtiyacdır. Digər tərəfdən, biz iki vətəni birləşdirən Naxçıvana da xüsusi əhəmiyyət veririk. SANLAB olaraq, ixrac etdiyimiz simulyatorların köməyi ilə həm Bakıda, həm də Naxçıvanda gəncləri sıfır risk və aşağı xərclə qısa müddət ərzində peşəkar operatorlar kimi yetişdirməyə çalışırıq. Bu yanaşma Azərbaycana ehtiyac duyduğu insan resurslarını çevik və dinamik şəkildə artırmağa imkan verir.

Vizyonumuz yalnız təhsillə məhdudlaşmır; yenidənqurma prosesinin rəqəmsal transformasiyasında da fəal iştirak etməyə hazırıq. İnkişaf etdirdiyimiz IoT əsaslı “ConnTrack” telemetriya həlli ilə tikinti meydançalarında texnikaların səmərəliliyini, yanacaq sərfiyyatını və performansını anlıq izləyə və optimallaşdıra bilərik. Bundan əlavə, mina riski olan və ya çətin relyefli ərazilərdə istifadə üçün hazırladığımız dəstlərlə mövcud iş maşınlarını uzaqdan idarə oluna bilən hala gətiririk. Beləliklə, operatorların həyatını riskə atmadan, kilometrlərlə uzaqdan təhlükəsiz tikinti və təmizləmə işlərini təmin edirik.

SANLAB olaraq, biz təkcə simulyatorlarla deyil, həm də qabaqcıl texnoloji həllərimiz və hazırladığımız ixtisaslı kadrlarla Azərbaycanın yenidənqurma prosesini dəstəkləməyə davam edəcəyik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri