Tural Cəfərlinin “Sokratla çayxana söhbətlərim” adlı yeni kitabı çap olundu
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fəlsəfə araşdırmaçısı, tərcüməçi, yazar Tural Cəfərlinin “Sokratla çayxana söhbətlərim” adlı yeni kitabı işıq üzü görüb.
Kulis.az xəbər verir ki, kitab “Mücrü” nəşriyyatında çap olunub.
Qədim Yunan filosofu Sokrat müasir dünyamızda yaşasaydı necə olardı? O da başqaları kimi məişət qayğılarından, sosial ədalətsizlikdən şikayətlənərdimi? Yoxsa hamıdan fərqli olaraq düşüncələrini və həyata baxışlarını dəyişərdimi? Bu suallarla müxtəlif cavabların axtarışına çıxan müəllif keçmişlə bu günü, bu günlə gələcəyi və gələcəklə keçmişi fərqli düşüncələrin fonunda təsvir edir.
Hadisələr “Bəxtsizlər” adlı qəsəbədə cərəyan edir. Bu qəsəbədə Sokrat qısa zamanda bütün diqqətləri özünə çəkir və beləliklə, bir-birindən maraqlı, təzadlı və qəribə əhvalatlar baş verir.
Qeyd edək ki, “Sokratla çayxana söhbətlərim” müəllifin ilk romanıdır.
Əməkdar artist: “İçi çürük adamlar mənəm-mənəm deyir”
“Kiçik əllərin yaşıl dünyası” adlı sərgi açıldı
Vərəmə yoluxduğuna görə futbolu buraxan dahi yazıçı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 21 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















