Icma.az
close
up
RU
Tural Cəlilov: “Pley off oyununda şanslar bərabərdir

Tural Cəlilov: “Pley off oyununda şanslar bərabərdir

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qaradağ Lökbatan" çox yaxşı təşkilatlanmış və intizamlı komandadır. İkinci Liqada həm "Xankəndi", həm də rəqibimiz mövsüm ərzində göstərdikləri oyunla çempionluğa layiq olduqlarını sübut etdilər". Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqa təmsilçisi "Şimal"ın kapitanı Tural Cəlilov deyib.
Xaçmaz təmsilçisinin oynayan-məşqçisi komandasının Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununda qarşılaşacağı "Qaradağ Lökbatan" ilə matçdan gözləntilərini bölüşüb:
"Rəqibin heyətinə nəzər salanda keyfiyyətli futbolçuların üstünlük təşkil etdiyini görmək mümkündür. Komandanın böyük əksəriyyəti Premyer Liqa təcrübəsinə malik oyunçulardır və bu da onların oyun üslubunda özünü aydın şəkildə göstərir. Düşünürəm ki, qarşıdakı görüşdə şanslar demək olar bərabərdir. Belə matçlarda xırda detallar, futbolçuların psixoloji hazırlığı və meydanda soyuqqanlı davranış həlledici rol oynayır. Biz də oyuna çox ciddi hazırlaşmışıq. Həftə ərzində həm taktiki, həm də psixoloji baxımdan komandamı hazırlamağa çalışmışıq. Qarşılaşmanın məsuliyyətini və əhəmiyyətini hamı dərk edir. Mövsüm boyu Birinci Liqada qalmaq uğrunda böyük mübarizə aparmışıq, çətin anlarımız da olub. Buna baxmayaraq, futbolçular sona qədər inamını itirmədi və son tura qədər döyüşərək pley-off şanslarını qorudular. Bu baxımdan komandamdan çox razıyam. Onlar həm xarakter, həm də kollektiv ruh göstərdilər. Mövsümün əvvəlində əsas məqsədimiz liqada qalmaq idi və hazırda hədəfə çatmaq üçün bir addım lazımdı. İnanıram ki, futbolçularım meydanda sona qədər mübarizə aparacaq və azarkeşlərimizi sevindirəcəklər. İnşallah, yaxşı nəticə qazanıb mövsümü istəyimiz kimi başa vurarıq".
Qeyd edək ki, pley-off matçı mayın 27-də Şamaxıda keçiriləcək. Qarşılaşma "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq və saat 16:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sport24.az
archiveBu xəbər 26 May 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri