Icma.az
close
up
RU
Süd vəzi xərçənginin erkən aşkarlanması sağlam gələcəyin təminatıdır

Süd vəzi xərçənginin erkən aşkarlanması sağlam gələcəyin təminatıdır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Şamaxı, 28 oktyabr, AZƏRTAC

Şamaxıda qadın təhsil işçilərinin sağlamlığının qorunması, süd vəzi xərçənginin erkən aşkarlanması və profilaktik müayinələrin əhəmiyyəti ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi mövzusunda konfrans keçrilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “1–31 oktyabr – Süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində “Sağlam qadın, sağlam müəllim, sağlam gələcək!” şüarı altında təşkil olunan tədbirdə dövlət qurumlarının, səhiyyə və təhsil müəssisələrinin, eləcə də həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev çıxışında qadın sağlamlığının cəmiyyətin sağlam gələcəyinin formalaşmasında mühüm rol oynadığını bildirib. O, rayonun səhiyyə müəssisələrində bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışaraq, əhalinin sağlamlığının qorunması və profilaktik müayinələrə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

Milli Məclisin deputatı Tamam Cəfərova çıxışında qadınların cəmiyyətdəki roluna, xüsusilə müəllimlərin gənc nəslin formalaşmasında daşıdığı məsuliyyətə toxunub. O, qadınların sağlamlığının qorunması ilə bağlı məlumatlılığın artırılmasının, sağlam həyat tərzinin təbliğinin və maarifləndirici təşəbbüslərin genişləndirilməsinin vacibliyini qeyd edib.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyyubova isə rayonda qadınların sosial rifahının yüksəldilməsi və sağlamlığının qorunmasının əhəmiyyətindən danışıb. O, bu məsələlərdə maarifləndirmə tədbirlərinin və aidiyyəti qurumlar arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

TƏBİB-in Tibbi xidmətin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva səhiyyə sistemində profilaktik müayinələrin rolundan bəhs edib. O, xəstəliklərin vaxtında aşkarlanmasının müalicə prosesində əhəmiyyətini vurğulayaraq, bu sahədə həyata keçirilən layihələr barədə məlumat verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qadınların sağlamlığının qorunmasının ailə institutunun möhkəmlənməsi və cəmiyyətin rifahı baxımından əhəmiyyətini qeyd edib. O, qadınların sağlamlıq məsələlərinə həssas yanaşılmasının və bu sahədə maarifləndirmə işlərinin davamlı aparılmasının vacibliyini vurğulayıb.

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova çıxışında qadınların əmək hüquqlarının təmin olunması ilə yanaşı, sağlamlığının qorunmasının da diqqətdə saxlanılmalı olduğunu bildirib. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin baş müşaviri Pərvanə İsmayılova isə təhsil işçilərinə göstərilən diqqət və qayğıdan danışaraq, müəllimlərin sağlamlığının qorunması istiqamətində maarifləndirmənin əhəmiyyətinə toxunub.

Şamaxı Rayon Təhsil Sektorunun müdiri Məsud Babayev qadın müəllimlərin bu cür təşəbbüslərdə fəal iştirakının vacibliyini qeyd edib. O, təhsil işçilərinin sağlamlıqla bağlı məlumatlılığının artırılmasının həm fərdi rifah, həm də təhsil mühitində sağlam həyat tərzinin təşviqi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirin rəsmi hissəsindən sonra müzakirələr panel formatında davam etdirilib. Həkim-radioloq Sevinc Musayeva, həkim-onkoloq Gülnar Əbdülhəsənova, həkim mama-ginekoloq Elnarə Məmmədova və psixoloq Fidan Azərqızı süd vəzi xərçənginin erkən diaqnostikası, müayinə imkanları, müalicə üsulları və xəstələrə göstərilən psixoloji dəstək barədə ətraflı məlumat veriblər.

Mütəxəssislər çıxışlarında qadınların sağlamlıqlarına diqqətlə yanaşmasının, hər hansı narahatlıq yarandıqda vaxtında həkimə müraciət etməsinin və tibbi müayinələri laqeyd yanaşmadan həyata keçirməsinin əhəmiyyətini izah ediblər. Panel müzakirələri zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qadın sağlamlığı ilə bağlı məlumatlılığın artırılmasının əhəmiyyəti bir daha vurğulanıb.

Müxbir- Rəşad Rəşidov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri