Tural Məmmədov: Qadınlar regionun rəqəmsal gələcəyinin formalaşmasında mühüm rol oynayırlar
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 11 oktyabr, AZƏRTAC
Qadınların texnologiya və kibertəhlükəsizlik sahəsində rolu ildən-ilə daha da güclənir.
AZƏRTAC xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisinin müavini Tural Məmmədov Bakıda keçirilən “Women in Cyber – Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığın güclənməsi” adlı beynəlxalq konfransda deyib.
O bildirib ki, bu tendensiya cəmiyyət üçün qürurverici haldır: “Kibertəhlükəsizlik sahəsi səbr, diqqət və detallara həssas yanaşma tələb edir. Bu keyfiyyətlər qadınların təbiətində var və onların bu istiqamətdə uğur qazanmasına zəmin yaradır. Çox sayda istedadlı qadın kibertəhlükəsizlikdə peşəkar nailiyyətlər əldə edib. Onlar innovativ düşüncəyə malikdirlər, problemləri həll etməyi bacarır və gələcək nəsil üçün ilham mənbəyinə çevrilirlər”.
Tural Məmmədov çıxışında gənc qadınlara da müraciət edib: “Əgər bu sahədə fəaliyyət göstərirsinizsə və ya başlamağı düşünürsünüzsə, tərəddüd etməyin, özünüzə inanın. Sizin baxışınız və töhfəniz bu sahənin inkişafı üçün çox dəyərlidir”.
Rəis müavini diqqətə çatdırıb ki, bu konfrans həm də güclü bir mesaj daşıyır. “Bu, qadınların kibertəhlükəsizlikdə, liderlikdə və regionun rəqəmsal gələcəyinin formalaşmasında mühüm yer tutduğunu göstərən mesajdır”, - deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 11 Oktyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















