Icma.az
close
up
RU
“Turan Tovuz” Azərbaycan çempionatına yeni rəng qatır” Naci Şensoy

“Turan Tovuz” Azərbaycan çempionatına yeni rəng qatır” Naci Şensoy

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bir peşəkar məşqçi olaraq bütün liqaları, o cümlədən Azərbaycan çempionatını yaxından izləyirəm “Turan Tovuz” kimi daha əvvəl çalışdığım komandaların oyunları ilə isə daha çox maraqlanıram”.

Bu sözləri QOL.az-a açıqlamasında “Turan Tovuz”un keçmiş baş məşqçisi Naci Şensoy deyib.
2002-2003, 2004-2005 mövsümündə və 2012-ci ildə Tovuz təmsilçisini çalışdıran türkiyəli mütəxəssis hazırda Misli Premyer Liqasında 2-ci pillədə qərarlaşan sabiq komandası ilə bağlı danışıb. O, “Turan Tovuz”un hazırda Azərbaycan çempionatına rəng qatdığını bildirib:

“Hər şeydən əvvəl klub rəhbərliyini təbrik edirəm. Çünki onların bu baxışları olmasaydı, Kurban Berdıyev kimi bir məşqçi gətirməzdilər. Məşqçilərlə bərabər bu komandanı quran idman direktorunu da təbrik edirəm. “Turan Tovuz” həm də Azərbaycan çempionatına yeni bir rəng qatır”.

“Turan Tovuz”un bu mövsüm lider “Qarabağ”la ilk görüşdə qalib gəldiyini (1:0) və son matçda da güclü rəqibindən xal almasını (0:0) xatırladan Şensoy komandanın sabit çıxış etdiyini vurğulayıb: “Mövsümün sonunda yaxşı bir yer tutacaqlarını düşünürəm. Çünki çox komanda çempionata yaxşı başlaya bilər, amma daha sonra əsl gücü görünür. “Turan Tovuz”da belə olmadı. Çox sabit bir şəkildə çempionatda irəliləyirlər. Təsadüfi deyil ki, “Qarabağ”a ilk məğlubiyyəti “Turan Tovuz” yaşatdı. Son oyunda da heç-heçə etdilər. Bu da o deməkdir ki, indiki nəticəyə əsasən “Turan Tovuz”un üstünlüyü var. Bu, göstərici mövsümün sonuna qədər davam etsə, “Qarabağ”la xalları bərabər olsa belə, “Turan Tovuz” çempionluğu qazanacaq. Təkcə bu faktı göz önünə gətirəndə “Turan Tovuz”la bağlı hər şeyi görünür”.

66 yaşlı mütəxəssis “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda noyabrın 7-də “Bodo Qlimt”lə (Norveç) keçiriləcək səfər oyunu ilə bağlı da fikirlərini bölüşüb:  “Norveç təmsilçisi ilə matç “Qarabağ” üçün asan olmayacaq. Çünki “Bodo Qlimt” də yerli liqada liderdir. İki ayrı futbol sisteminin matçı olacak. “Bodo Qlimt” daha çox fiziki gücə yönəlmiş oyun sərgiləyir və duran toplardan qollar vurmağa çalışır. “Qarabağ” isə yerlə onayan, birinci bölgədən oyun quran və bütün meydanı ötürmələrlə qət etməyə çalışan, texnikalı və yaradıcı futbol oynayan komandadır. Maraqlı bir oyun olacaq. “Qarabağ” standart vəziyyətlərdə diqqətli olsa, qalib gələcək. Buna ümid edirəm”.

Ramiq Ağaməmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://qol.az
archiveBu xəbər 05 Noyabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see353

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see189

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see164

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see134

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri