Icma.az
close
up
RU
Naci Şensoydan “Turan Tovuz”un “Turan” olmasına xeyirdua İdman və Biz

Naci Şensoydan “Turan Tovuz”un “Turan” olmasına xeyirdua İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

"Huner Group” MMC-nin təsisçisi və qanuni təmsilçisi Ehtiram Quliyevin rəhbərlik etdiyi yeni şirkət dövlət qeydiyyatına alınıb.

İdman.biz xəbər verir ki, həmin şirkət "Turan FK” MMC adlanır.

Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonunda yerləşir. Məlumat üçün bildirək ki, Ehtiram Quliyev hazırda "Turan Tovuz”un İdarə Heyətinin sədridir. Bu klubun rəsmi adı "Turan Tovuz” Peşəkar Futbol Klubu İctimai Birliyidir.

Ehtiram bəyin yeni şirkət yaratması “Turan Tovuz”un tarixi adına dönüş prosesinin başlanğıcı kimi qəbul olunur. Amma illər əvvəl “Turan”ın “Turan Tovuz”a çevrilməsinin səbəbi də məlumdur. Onda futbolçular və komandanın sabiq baş məşqçisi Naci Şensoy qarşısında borc yaranmışdı, FİFA komandanın köhnə adla varlığını davam etdirməsinə imkan verməyəcəkdi.

Bəs Naci bəylə Tovuz klubu arasındakı maliyyə davası bitibmi? Türkiyəli mütəxəssis “Turan” adına dönmək variantını necə qarşılayır?

“Football-plus.az”ın sualına Şensoy belə cavab verib: “Turan Tovuz” sonuncu dəfə təxminən 10 il əvvəl işləmişəm. Həmin rəhbərliklə aramızda bəzi qanuni problemlər yaranmışdı. Amma mən bütün hüquqi haqlarımı cüzi bir pul qarşılığında vəkilimə həvalə etdim. Məni məmnun edəcək qədər pulu vəkildən aldım. Deməli, “Turan Tovuz”un artıq mənimlə işi qalmamışdı, vəkilimlə işi var idi. Buna görə də “Turan Tovuz”un əvvəlki adına - “Turan”a qayıtmasına heç bir maneəm ola bilməz. Əksinə, axıra qədər dəstəkləyərəm və çox da şad olaram”.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Noyabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri