Icma.az
close
up
RU
Naci Şensoy: “Turan Tovuz”un çempion olacağına ümid etmirəm”

Naci Şensoy: “Turan Tovuz”un çempion olacağına ümid etmirəm”

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Turan Tovuz”un sabiq baş məşqçisi Naci Şensoy keçmiş komandasının indiki durumu ilə bağlı fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, Komanda.az-a açıqlama verən türkiyəli mütəxəssis “Turan Tovuz”u izlədiyini bildirib.

Klub rəhbərliyini təbrik edən Naci Şensoy bildirib ki, onlar “Turan Tovuz”un yenidən Azərbaycan futbolunda söz sahibi olmasına imkan yaratdılar: "Rəhbərliyin nə qədər böyük vizyona sahib olduğu Kurban Berdıyev kimi məşqçini komandaya gətirmələrindən də açıq-aşkar görünür.

Bəli, ötən il avrokuboklara qatılmağı son anda bacarmadılar, amma bu o demək deyil ki, bu il də bunu edə bilməyəcəklər. Aydındır ki, “Turan Tovuz” rəhbərliyi uzunmüddətli perspektivdə bu məşqçi ilə işləməyi düşünür. Bu da çox düzgün yanaşmadır.

Amma başqa bir həqiqət də var ki, o da “Turan Tovuz” azarkeşləridir. Onlar baş verən hadisələrə daha emosional və səbirsiz yanaşa bilərlər! “Turan Tovuz” bu mövsüm də azarkeşlərinin gözləntilərini doğrulda bilməsə, həm rəhbərlik, həm də baş məşqçi çətin vəziyyətdə qala bilər.

Mən şəxsən “Turan Tovuz”un “Qarabağ”ı geridə qoyaraq, çempion olacağına çox da ümid etmirəm. Amma ən azından bu il avrokuboklara vəsiqə qazansalar, bunu uğur hesab edərəm. Bu reallaşandan sonra isə hədəfləri tədricən yüksəldib, çempionluğa da oynamaq çox daha məntiqli olar – belə düşünürəm”.

Şensoy 2002-2003 və 2004-2005-ci illərdə Tovuz təmsilçisinin baş məşqçisi olub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Avqust 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri