Icma.az
close
up
RU
“Turan Tovuz” darmadağın etdi, Azər Bağırov getdi

“Turan Tovuz” darmadağın etdi, Azər Bağırov getdi

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Turan Tovuz - Kəpəz (Gəncə) 4:0 (4:0)
41. Sergey Samok - 6,0
17. Rəhim Sadıxov - 6,0
(10. Xəyal Nəcəfov, 64) - 5,0
88. Faiq Hacıyev - 6,0
11. Ayxan Hüseynov - 6,5
7. İsmayıl Zülfüqarlı - 6,0
9. Kristian da Silva - 6,0
23. Alexandro Serrano - 6,0
(29. Anton Kraçkovski, 73) - 4,5
15. Emmanuel Hakman (k) - 6,0
32. Hayderson Urtado - 5,5
(30. Mircamal Əlizadə, 82) - qiymətsiz
40. Kauan Martins - 6,0
(5. Roderik Miller, 64) - 5,0
21. Aleks Souza - 7,0
(19. Orxan Əliyev, 64) - 5,0
Ehtiyat oyunçular
1. İvan Konovalov
71. Mehman Hacıyev
8. Tural Bayramlı
13. Fərid Yusifli
77. Veysəl Rzayev
6. Araş Qaderi
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: Aleks Souza 
1. Rojerio Santos - 5,0
(22. Məmməd Hüseynov, 46) - 5,0
7. Ehtiram Şahverdiyev - 5,5
(21. Camal Cəfərov, 61) - 5,0
12. Turan Manafov - 5,0
5. Rauf Hüseynli - 5,0
19. Sadiq Şəfiyev - 5,0
(97. Nicat Məmmədov, 81) - qiymətsiz
26. Valdemar Almeyda - 5,0
29. Dioqo Verdaşka - 5,0
(6. Nemət Musayev, 46) - 5,0
78. Yeqor Xvalko (k) - 5,0
28. Rati Ardazişvili - 5,0
(70. Nicat Süleymanov, 70) - 4,5
3. Mahamadu Ba - 5,0
10. Karim Lkoça - 5,0
Ehtiyat oyunçular
18. Elgün Bayramov
2. İlkin Qırtımov
17. Ümid Səmədov
13. Elxan Məmmədov
91. Nihad İsaqov
11. Trent Buhagyar
88. Şervoni Mabatşoyev
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Ehtiram Şahverdiyev
Qollar: A.Souza, 10 (1:0, A.Hüseynov). A.Souza, 23 (2:0, A.Hüseynov). T.Manafov, 42-öz qapısına (3:0). A.Hüseynov, 44 (4:0, A.Serrano).
Vərəqələr: D.Verdaşka, 6 (qeyri-idman hərəkəti). R.Sadıxov, 32 (qeyri-idman hərəkəti). V.Almeyda, 38 (qeyri-idman hərəkəti). N.Məmmədov, 90+2 (qeyri-idman hərəkəti) - sarı. 
Hakimlər: FƏRİD HACIYEV,  Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: Akif Əmirəli (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
25 may. Tovuz. Şəhər stadionu. 4000 tamaşaçı (6500 yerlik).
Oyunun qiyməti: 6,0.
Turnir cədvəli baxımından yanaşsaq, komandalar motivasiyasızlıqdan əziyyət çəkirdi. Axı “Turan Tovuz” 4-cü yeri təmin etmiş, “Kəpəz” isə elitada qalmağı rəsmiləşdirmişdi. Lakin matçı maraqlı edən məqamlar da var idi. “Kəpəz” qış fasiləsindən sonra keçirilən oyunda rəqibini darmadağın etmişdi. Tovuz təmsilçisi meydana məhz həmin məğlubiyyətin qisasını almaq üçün çıxmışdı.
Bəs “sarı-göylər” nə üçün çalışacaqdı? “Sumqayıt”ın “Səbail”i darmadağın etməklə 8-ci pilləyə yüksəlməsi onları fədakarlığa sövq edə bilərdi, yəni qələbə qazanmaqla yenidən həmin mövqeyə qayıtmaq mümkün idi.
İlk təhlükəli vəziyyəti gəncəlilər yaratdı. Lkoçanın cərimə meydançasına ötürməsini Rauf bir toxunuşla Ehtirama ünvanlasa da, Şahverdiyev zərbə vura bilmədi. Tovuzlular bu hücuma qolla cavab verdi. 10-cu dəqiqədə Serranonun başladığı, Aleks Souza ilə Ayxan Hüseynovun da iştirak etdiyi hücumun sonunda hesab açıldı. Souza topu qapıdan keçirdi. 5 dəqiqə sonra Aleks növbəti dəfə fərqlənməyə yaxın oldu. Bu dəfə onun zərbəsini Rojerio küncə çıxarmağı bacardı.
23-cü dəqiqədə Ayxandan ötürmə alan Souza daha bir qoldu. Braziliyalı 36-cı dəqiqədə hətta 3-cü dəfə topu qapıdan keçirməyi bacardı. Lakin top uğrunda mübarizə zamanı “Kəpəz”in futbolçusu yerdə qaldığına görə qol qeydə alınmadı. 42-ci dəqiqədə də Souza səhnəyə çıxdı. Onun qapı qarşısına ötürdüyü topa ehtiyatsızcasına toxunan Turan Manafov avtoqola səbəbkar oldu. İki dəqiqə sonra tovuzlular 4-cü dəfə fərqləndi. Serranonun ötürməsini qəbul edən Ayxan dəqiq zərbə ilə topu tora göndərdi. İlk hissədə qapısında 4 top görən Rojerio Santos fasilədən dərhal sonra Məmməd Hüseynovla əvəzləndi.
İkinci hissə də meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. İsmayılın zərbəsi dirəyə tuş gəldi. 57-ci dəqiqədə sağ cinahla irəliləyən Ayxan cərimə meydançasında zərbə şansı əldə etsə də, top qapıdan az fərqlə aralı keçdi. 72 və 80-ci dəqiqələrdə Orxan Əliyevin zərbə cəhdləri nəticəsiz oldu. Son dəqiqələrdə qonaqlar hücuma atılsalar da, hesab dəyişmədi.
Gözdən qaçmadı
* 18-ci dəqiqədə Azər Bağırov əsəbiləşərək meydandan çıxan topu ayağı ilə yenidən meydana qaytardı. Ardından dördüncü hakim ona yaxınlaşaraq sakitləşdirməyə çalışdı.
* Bağırov oyundan sonra “Kəpəz” azarkeşləri ilə sağollaşanda göz yaşlarını saxlaya bilmədi. 
ƏSƏD SEYİDOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 İyun 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri