Icma.az
close
up
RU
Turan Tovuz Neftçi oyunu böyük intriqa müstəvisində VİDEO

Turan Tovuz Neftçi oyunu böyük intriqa müstəvisində VİDEO

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Misli Premyer liqasının 13-cü turunun ən intriqalı oyunu hazırda Tovuz rayonunda keçirilir.

Mia.az xəbər verir ki, rayonun "Turan-Tovuz" Futbol Klubu (FK) "Neftçi" FK-nı qəbul edir. Həmişəki kimi rayon klubunun ev oyunu böyük hərarət və coşğu ilə müşayiət olunur.

Yeri gəlmişkən, stadion təzəlikcə yenilənib və süni ot örtüyü təbii ot örtüyü ilə əvəz edilib. 

Oyun hər iki tərəfin pressinqi ilə keçir. Hazırda rayonda güclü duman var, stadion ağ örtüyə bürünüb. Qeyri-adi hava şəraiti oyunun tempinə heç təsir etmir.

Bu qarşılaşma hər iki komanda üçün prinsipial əhəmiyyətə malikdi. "Turan"ın turnir cədvəlində ləyaqətli ikinci yeri var, bu qələbə onu birinciliyə yüksəldir. "Neftçi"də isə sonuncu məğlubiyyətin psixoloji izləri qalıb, baş məşqçi təzəlikcə gedib, bu oyun komanda üçün həm geridönüş, həm də özünütəsdiq ola bilər. Hər iki komandanın qələbəyə ehtiyacı var, hər ikisi var gücüylə döyüşür və zənnimcə, bu ikilinin intriqasından hazırda stadionu yüksək hərarətə kökləyən azarkeşlər qazanır.

Yeri gəlmişkən, "Neftçi"ni bu oyun üçün müvəqqəti olaraq baş məşqçi təyin edilən Sənan Qurbanov hazırlayıb. S.Qurbanov illərlə "Neftçi"də məşqçi vəzifələrində çalışıb və bundan əvvəlki baş məşqçi Samir Abasov gələndə onu öz ətrafından uzaqlaşdırmışdı. Qurban Qurbanov sadəcə klubda koordinator kimi fəaliyyət göstərirdi. Belə demək olar ki, bu oyun həm də Qurbanovun vizit kartı olacaq. Təbii ki, əgər "Neftçi"nin sahibləri başqa baş məşqçi axtarışında deyilsə.

Maraqlıdı ki, Tovuz klubu Premyer liqada "Neftçi" ilə 13 dəfə üz-üzə gəlib. Bu oyunlarda rəqibin qapısından 11 top keçirib. 

O da diqqətimizi çəkdi ki, Sənan Qurbanov bu oyunda kapitanlıq sarğısını qapıçı Kenan Piriçin qoluna bağlayıb. Emin Mahmudovun həm də əsas heyətdə olmaması onu düşünməyə əsas verir ki, Qurbanov postunda qalsa, komandanı prinsipial dəyişiklər gözləyir. Görünür, S.Abasov kimi, S.Qurbanov da zənn edir ki, "Neftçi"nin əsas problemi qruplaşma və nüfuz dartışmasıdı və bunun mərkəzində Mahmudov dayanır. Yalnış anlaşılmasın, mən də bu fikrin həqiqət olduğu düşüncəsindən imtina etmirəm. E.Mahmudov sakit təbiətinə rəğmən, intriqalı atmosferlərə rahatlıqla uyğunlaşan futbolçudu.

Hələlik, ikinci hissə davam edir. "Neftçi"nin qapısı 2 qol görsə də, hakim təsdiqini tapmayıb. 

Tovuz klubunda güclü müdafiənin təsiri hiss olunur.

Zülfiyyə Mustafayeva 
Mia.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 Noyabr 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri