Icma.az
close
up
RU
Turan Tovuz un futbolçusu: 100 cü oyunuma çatmağımla bağlı hədiyyə alanda şokda idim

Turan Tovuz un futbolçusu: 100 cü oyunuma çatmağımla bağlı hədiyyə alanda şokda idim

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov Misli Premyer Liqasında 100-cü oyuna çatması ilə bağlı hədiyyə almasına görə təəccüblənib.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında futbolçu özü deyib.

O, ötən gün qərb təmsilçisinin idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov və baş məşqçi Kurban Berdıyev tərəfindən "100" nömrəli forma almasından danışıb: "Hisslərimi sözlə ifadə etmək çətindir. İnanın, özüm də 100-cü oyuna çatmağımla bağlı hədiyyəni qəbul edəndə şokda idim. Çünki "Turan Tovuz"un heyətində ilk dəfə meydana çıxdığım anı çox yaxşı xatırlayıram. Üstəlik, bu, Premyer Liqada 100-cü oyuna çıxmağımla bağlı olan bir şeydir. Kubok görüşlərini də hesablasaq, 100-dən çox görüşdə iştirak etmişəm Formanı təqdim edərkən baş məşqçimiz Kurban Berdıyev şəxsən iştirak edirdi. Formanı ondan təhvil alanda üzündə gülümsəmə yarandı. Çoxları baş məşqçimizin gülməyini ilk dəfə görürdü. Çox xoş hisslər yaşadım. Bütün komanda yoldaşlarım klubumuzun İdarə Heyətinin sədri Ehtiram Quliyev məni təbrik elədilər".

Yarımmüdafiəçi uzun illər "Turan Tovuz" komandasında çıxış etmək istədiyini söyləyib: "İnşallah, uzun illər "Turan Tovuz"un uğurları üçün çalışmaq istəyirəm. Təbii ki, bu məsələdə klubun da marağı olmalıdır. Mənim üçün burada olmaq çox xoşdur. Özümü xoşbəxt hiss edirəm. Bəzi yeni gələn komanda yoldaşlarım 100-cü oyunumu keçirdiyimə inanmırdılar. Bu, onlar üçün də yeni məlumat oldu".

Hüseynov komandasının cari mövsüm iddialı olduğunu vurğulayıb: "Bu mövsüm minimum avrokuboklara düşmək uğrunda oynayırıq. Hər şey yüksək səviyyədədir. Azarkeşlərimizin dəstəyini hiss edirik. "Turan Tovuz" azarkeşləri Premyer Liqada birincidirlər. Komandamıza yaxşı futbolçular cəlb olunub. Artıq yavaş-yavaş kollektivə uyğunlaşırlar. Hər birimiz gücümüzü birləşdirib yaxşı nəticələr əldə edəcəyik".

Qeyd edək ki, Ayxan Hüseynovun yubileyi IV tura təsadüf edib. O, "Qəbələ" ilə matçın gedişində meydana daxil olub. Futbolçu 100 qarşılaşmada 13 qola imza atıb.

O, Premyer Liqada yalnız bir klubun formasını geyinməklə "Turan Tovuz"da 100 çempionat matçına çıxan ilk oyunçu olub. Hüseynov Premyer Liqada 2022/2023 mövsümündə debüt edib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Sentyabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri