Turan Tovuz yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq.
Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, komanda iyulun 1-də Hünər təlim-məşq bazasında çalışmalara start verəcək.
Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək qərb təmsilşisi iyulun 6-da Türkiyəyə yola düşəcək.
Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq tovuzlular iyulun 19-dək məşqlərini burada davam etdirəcək.
Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. “Von Resort Abant” otelində məskunlaşacaq bölgə klubunun Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq. Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 29 İyun 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















