“Turan Tovuz”un ilk ev oyunu üçün biletlər satışda
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Misli Premyer Liqasının I turunun “Turan Tovuz” – “Qəbələ” oyununun biletləri satışa çıxarılıb.
Futbolpress.az xəbər verir ki, fanatlar “birbilet.az” saytından istədiyi sektor və yeri seçməklə onlayn şəkildə biletləri əldə edə bilər. Qiymətlər sektora uyğun olaraq 2, 3 və 5 manat təşkil edir.
Şəhid ailələri və qazilər onlar üçün ayrılmış sektora fiziki dəvətnamələri stadionun kassasından ödənişsiz əldə edə bilərlər. Elektron bilet almaqda çətinlik çəkən azarkeşlər isə biletləri stadionun kassasından fiziki şəkildə əldə edə biləcəklər.
Qeyd edək ki, stadiona giriş yalnız fiziki və ya onlayn biletin üzərində olan QR kodu oxutmaqla mümkün olacaq.
Avqustun 14-də Tovuz şəhər stadionunda keçiriləcək matça saat 19:30-da start veriləcək.
Baxış sayı:103
Bu xəbər 12 Avqust 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















