Icma.az
close
up
RU
Ürəkləri soyudan “Qarabağ”...

Ürəkləri soyudan “Qarabağ”...

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Ludoqorets”i 3:0 hesabıyla məğlub edən “Ferenstvaroş” Çempionlar Liqasının pley-offunda “Qarabağ”a rəqib oldu. 3:0 yetərincə ciddi fərqdi, komandalar arasındakı güc nisbətinin əyani göstəricidi. Belə böyükhesablı qələbədən sonra qalib tərəfin qalibiyyətə layiq olduğu heç kimdə şübhə doğurmur. Deməli, Macarıstan çempionu səviyyəsinə görə “Ludoqorets”i açıq-aşkar üstələyir.

“Qarabağ” üçün bu rəqibi üstələmək, Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək heç də asan olmayacaq. Məlum məsələdi ki, bu mərhələdə Avropa futbolunun ən güclüləri mübarizə aparır. “Real”, “Barselona”, “Liverpul” kimi rəqiblərlə eyni sırada dayanmaq Azərbaycan çempionu üçün böyük uğur olacaq. İnanırıq ki, Qurban Qurbanov və onun yetirmələri bu sevinci bizə yaşadacaqlar.
Amma unutmaq lazım deyil ki, bu futboldu. Hər cür nəticəyə hazır olmaq lazımdı. Mümkün məğlubiyyət halında “Qarabağ” səviyyəsə Avropanın ikinci nüfuzlu turniri sayılan Avropa Liqasının əsas mərhələsində oynayacaq ki, bunun özü sevindirici məqamdı.
Mən indidən bəd gətirib, azarkeşləri hadisələrin bela axarına hazırlamaq istəmirəm. Di gəl ki, futbolumuzun səviyyəsi göz qabağındadı. Bu mövsüm Azərbaycanı avrokuboklarda təmsil etmək imkanı qazanan dörd klubdan üçü “Qarabağ”ı meydanda tək qoyub, mübarizəni dayandırıb. “Zirə” Konfrans Liqasının elə ilk mərhələsindəcə “ağ bayraq qaldırdısa”, “Sabah” Avropa Liqasının ilk təsnifat mərhələsində büdrədi, Konfrans Liqasında “Araz Naxçıvan”ın “səngər yoldaşı” oldu. “Araz Naxçıvan”la birlikdə mərhələ adlayan “Sabah” azarkeşləri ümidləndirdi. Az qalmışdı bu iki komandadan azı birinin bu mövsüm Konfrans Liqasının qrup mərhələsində oynayacağına inanaq. Arzumuz gözümüzdə qaldı.
Özü də necə. “Araz Naxçıvan”la “Sabah” birlikdə rəqiblərindən 12 cavabsız top buraxdılar. Bu toplardan doqquzu Elmar Baxşıyevin çalışdırdığı komandanın payına düşdüsə, litvalı mütəxəssis Valdas Dambrauskasın çalışdırdığı “Sabah” səfərdə 0:1 hesabıyla uduzduğu “Levski”yə doğma meydanda 0:2 hesabıyla məğlub oldu. İki komandamızın dörd qarşılaşmada rəqiblərinin qapısına yola tapa bilməməsi xeyli acınacaqlı məqamdı. Özü də legioner limiti ləğv olunandan sonra təmsilçilərimiz əcnəbi futbolçuları ucdantutma heyətlərinə doldurublar. İddia edirdilər ki, legioner sayının çoxalması ilə klublarımızın səviyyəsi yüksələcək, avrokuboklarda daha uzağa gedə biləcəyik. “Omoniya” ilə “Levski” bu iddianın nə dərəcədə həqiqətdən uzaq olduğunu bizə göstərdi.
Futbolumuzun, klublarımızın əsl səviyyəsi budu, əzizlərim. İndi bir məqama diqqət yetirək. Bütün müqayisələr uğursuz sayılsa da, bəzən müqayisə aparmadan da olmur. “Ludoqorets” “Ferenstvaroş”a 0:3 hesabıyla uduzub. Amma elə həmin “Ludoqorets” ötən mövsüm Bolqarıstan çempionatında “Levski”ni 14 xal qabaqlayaraq çempion olub. Aradakı fərqi təsəvvür etmək çətin deyil. Həmin “Levski” isə “Sabah”ın əlini-qolunu bağladı, iki oyunda bizimkilərin qapı “çərçivə”sinə tutarlı zərbə endirməsinə imkan verməyərək, ümumilikdə 3:0 hesabıyla qələbə qazandı.
Təəssüf ki, azərbaycanlı azarkeşlər bu cür məqamları nəzərə almır. Hamı birağızdan “Qarabağ”dan tələb edir ki, heyətinə legioner hücumçu qatsın və Macarıstan çempionunu üstələsin. Bəli, inanmaq yaxşı haldı. Di gəl ki, reallıqları da unutmamaq, bütün xırdalıqları nəzərə almaq lazımdı. Vay o günə ki, “Qarabağ” “Ferenstvaroş”u üstələməyə, əsl mərəkə ondan sonra başlayacaq. “Sabah”ın da, “Araz Naxçıvan”nın da qisasını azarkeşlər çempionadan alacaq.
Deyirəm, yaxşı ki, “Qarabağ” var. Udanda da ürəkləri soyudur, uduzanda da!
AMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Avqust 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see839

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see339

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see318

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see304

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see286

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see204

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see198

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see195

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see194

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see193

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see192

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see192

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see191

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see185

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see185

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see175

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see172

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see166

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see166

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri