Icma.az
close
up
RU
Turistlər Şimali İrlandiyanın ən məşhur abidəsini məhv edir

Turistlər Şimali İrlandiyanın ən məşhur abidəsini məhv edir

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Turistlərin məşhur "Nəhənglərin yolu"nu sikkələrlə məhv etdikləri bildirilir. Şimali İrlandiyada yerləşən bu unikal geoloji struktur bölgənin ən çox ziyarət olunan turistik məkanlarından biridir.

Qaynarinfo-nun məlumatına görə, "National Trust" təşkilatının əməkdaşı doktor Kliff Henri "The Independent" nəşrinə açıqlamasında bildirib ki, təxminən 60 milyon il əvvəl yaranmış bu daş sütunlar turistlərin onları zədələməsi nəticəsində çatlayır və rəngi solur. Daşlar arasına qoyulan metal sikkələr zamanla paslanır və oksidləşir ki, bu da təbii abidəyə ciddi ziyan vurur.

Ötən il bu əraziyə təxminən 700 min turist baş çəkib. Onların bir hissəsi sosial şəbəkələrdə yayılan trendlərin təsiri ilə özlərindən "xatirə" olaraq arzuolunmaz izlər qoyublar.

Hazırda "National Trust" təşkilatı sikkələrin çıxarılması üçün 30 min funt sterlinq (təxminən 40 min ABŞ dolları) xərcləməyə hazırlaşır. Artıq təxminən 10 faiz sikkə peşəkar daş ustaları tərəfindən çıxarılıb. Tapılan sikkələr arasında Böyük Britaniya, Aİ ölkələri, Uzaq Şərq və ABŞ-dan gəlmiş turistlərin buranı ziyarət etdikləri aşkarlanıb.

UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş bu məşhur obyektə turistləri zərərli vərdişlərdən çəkindirmək üçün xəbərdaredici nişanlar yerləşdiriləcək.

Əfsanəyə görə, bu yol İrland nəhəngi Finn MakKul tərəfindən İrland dənizini keçərək düşməni Benandonnerlə döyüşmək üçün salınıb. Digər bir rəvayətdə isə bu yolun Finnin sevdiyi şotland qızına çatmaq üçün çəkildiyi deyilir. Lakin elm adamları razılaşır ki, bu geoloji struktur 60 milyon il əvvəl bazalt lavalarının püskürməsi nəticəsində yaranıb.

"Bu, Şimali İrlandiyanın simvoludur. Əgər biz ona sahib çıxa bilmiriksə, ölkənin qalan hissəsindən nə gözləmək olar? Biz bu dambaya mümkün qədər yaxşı şəkildə qulluq etməliyik", – deyə doktor Henri BBC-yə müsahibəsində bildirib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 May 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri