Icma.az
close
up
RU
Turizm Agentliyi Lahıcda 600 minə dayanacaq tikib: 9.8 milyon manatı isə 4 şirkət arasında bölüşdürüb

Turizm Agentliyi Lahıcda 600 minə dayanacaq tikib: 9.8 milyon manatı isə 4 şirkət arasında bölüşdürüb

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, son günlər Dövlət Turizm Agentliyi (DTA) ətrafında qalmaqal baş verir. Tribunainfo.az xəbər verir ki, qurumun sədri Fuad Nağıyev bir neçə gün əvvəl şiddətli töhmət almışdı.

Qeyd edək ki, bu töhmətə səbəb Fuad Nağıyev və Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımovun bəzi məlumatları gizli şəkildə xarici təşkilatlara ötürmələri olub.

Dünən isə o, artıq istintaqa çağırılıb. Rəsmi məlumatlarda bildirilir ki, Dövlət Turizm Agentliyinin (DTA) vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır.

Tribunainfo.az Dövlət Turizm Agentliyinin son bir ildə keçirdiyi tenderləri araşdırıb. Bu zaman bəzi maraqlı məqamlar meydana çıxıb. Açıq mənbələrdən məlum olan odur ki, Agentlik 2024-cü il ərazində toplam 50 tender keçirib. Bu müsabiqələrdə xərclənən vəsaitin ümumi məbləği isə 16 milyon 978 min 214 manat təşkil edib.

Bu araşdırmalardan aydın olan odur ki, Turizm Agentliyi keçirdiyi tenderləri özünə simsar bilən şirkətlərə verib. Məsələn, xarici səfərlər, onların təşkili məsələləri bir şirkətə, daxildəki tədbirlərin keçirilməsi başqa bir şirkətə, iri tikinti layihələri bir başqa şirkətə, nisbətən ortabab tikinti işləri isə aydıca bir şirkətə verilib. Və açıq mənbələrdə bu sistem o qədər aydın görünür ki, əlavə məlumat almaq üçün dağa-daşa düşməyə gərək qalmır.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin keçirdiyi ən bahalı tenderlərin qalibi “Ricon” MMC olub. Ötən il bu şirkətlə iki satınalma müqaviləsi bağlanılıb. Həmin müqavilələrin dəyəri isə 4.9 milyon manatdan çox olub. Bu məbləğ ümumi tenderə sərf olunan pulun təxminən 30 faizi deməkdir. Həmin pullarla Agentlik “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılmasını (1.3 milyon manat) və Daşaltı kəndində turizm infrastrukturunun yaradılmasını (3.6 milyon manat) reallaşdırıb.

Öncəliklə qeyd edək ki, sözüegedən şirkətin 263 min 918 manat vergi borcu var. Qanuna əsasən vergi borcu olan şirkət tenderlərdə iştirtak edə bilməz. Amma nə hikmətdirsə, DTA vergi borcu olan şirkətlə satınalma müqaviləsi bağlayıb.

İkincisi, “Ricon” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əliyar Əliyev 45, m. 91-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan “Ricon” MMC 29 dekabr 2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi İsmayılov Rəşad Rəhim oğludur. Bu şəxs haqqında açıq mənbələrdə hər hansı məlumat mövcud deyil.

Keçək digər detallar. DTA maraqlı bir sxem quraraq, ondan kənara çıxmayıb. Məsələn, agentlik ötən il “Vitam” MMC ilə 6 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələrin toplam dəyəri isə 1 milyon 569 min 814 manata bərabər olub. DTA bu şirkətdən həm mebel alıb, həm də ona Daşkənd, London, Seul və Moskvada keçirilən sərgilərin stendinin quraşdırılmasını həvalə edib.

Xaricdəki tədbirlərdə stendlərin quraşdırılmasını həmçinin “SMARTEXPO” MMC də həyata keçirib. DTA bu şirkətlə də ötən il 4 satınalma müqaviləsi bağlayıb. Həmin müqavilələrin dəyəri isə 666 min 125 manat təşkil edib.

DTA-nın bir başqa sevimli şirkəti isə “Admedia.az” MMC-dir. Agentlik bu şirkətə əsasən daxildə keçirilən tədbirləri həvalə edib. Məsələn, Şuşadakı qatranomiyaya aid tədbir və Qarabağın sağlamlıq turizmi tədbirlərini bu şirkət təşkil edib. Ümumilikdə bu şirkətlə toplam dəyəri 674 min 891 min manatlıq 5 tender müqaviləsi imzalanıb.

Tribunainfo.az bildirir ki, Turizm Agentliyinin bahalı tenderləri sırasında üç başqa şirkətin də adı var. Onlardan biri “Baku Holiday” MMC-dir ki, ötən il ərzində bu şirkətlə DTA arasında iki satınalma müqaviləsi imzalanıb. Agentlik xaricdə təşkil etdiyi bu tədbirlər üçün Agentlikdən 2.3 milyon manat alıb. Rəsmi qaynaqlarda bu pulun da 2.2 milyon manatı Cənubi Koreyadan Mərəkeşə qədər olan ölkələrdə tədbirlərin keçirilməsinə sərf edildiyi qeyd edilib.

Belə bahalı tədbirlərdən birini də “F.S TRAVEL” MMC təşkil edib. Bu şirkət Türkiyə, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, Dubay, Bəhreyn, Qətər, Avstriya, Almaniya, İsveçrə, Polşa, Çexiya, Macarıstan, Böyük Britaniya, Latviya, Litva, Estoniya, İsveç, Bolqarıstan, Cənubi Afrika ölkələrində Azərbaycanı “tanıdıb” və bunun üçün Agentlikdən 1 milyon 296 min 157 manat alıb.

Milyonluq tender anlaşmasında “JP CONECO GROUP” MMC-də iştirak edib. Bu şirkət Basqaldakı “Hacı Bədəl” məscidinin bərpasını 410 min 623 manata, “Kiş”Tarix-Memarlıq Qoruğunda tikinti işlərini isə 693 min 560 manata reallaşdırıb.

Və yekunda Dövlət Turizm Agentliyinin ən “maraqlı” iki tenderi barədə qısaca məlumat verək. Belə ki, dövlət qurumu “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda avtomobil dayanacağının tikintisinə 583 min 416 manat pul xərcləyib. Bu işləri isə “CONSTRUCTION BUSINESS GROUP” MMC-yə tapşırıb.

İkinci “maraqlı” tender isə Kulinariya Mərkəzinin əsaslı təmiri və avadanlığın alınması ilə bağlıdır. Tribunainfo.az xəbər verir ki, təmir işləri “PROMOR” MMC ilə həyata keçirilib və Turizm Agentliyi bu işlərə 638 min 675 manat ayırıb. Mərkəz üçün mətbəx avadanlıqlarının satın alınması isə “RR-2019” MMC-yə həvalə olunub. Bu işlər üçün isə 256 min 632 min manat xərclənib.

Yazıda adı keçən qurum və şirkətlərin də mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Mart 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri