Turizm sahəsində hansı dəyişikliklər olacaq? VİDEO
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda ilk dəfə turizm haqqında dövlət proqramı hazırlanıb.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, sənəddə nəqliyyat əlçatanlığının artırılması, eləcə də turizm infrastrukturunun inkişafı üçün subsidiya mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Yeni turizm proqramı ilə standartlaşdırma sistemi, hotellərin ulduz təsnifatı, hotel assosiasiyası və tur bələdçilərinin sertifikatlaşdırılması mexanizmləri yaradılacaq.
Turizm eksperti Rəhman Quliyevin sözlərinə görə, 2026-2030-cu illəri əhatə edən Turizmin İnkişafına dair Dövlət Proqramı artıq təsdiq mərhələsindədir. Ekspert bu proqramın turizmin hansı sahəlinini əhatə edəcəyini açıqlayıb.
Proqram çərçivəsində beynəlxalq hava əlaqələrinin genişləndirilməsinin təşviqi və vizasız rejimin tətbiqi əsas prioritetlər sırasında yer alır. Eyni zamanda regionlarda yerləşən əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının artırılması da proqramın mühüm istiqamətlərindən biridir.
Qeyd olunub ki, yeni standartlaşdırma iə Azərbaycanda yaxın illərdə turist sayının 5-6 milyona çatdırılması hədəflənir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 26 İyul 2026 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















