Icma.az
close
up
RU
Turizm və Menecment Universitetində Bilik Günü

Turizm və Menecment Universitetində Bilik Günü

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2025-2026-cı tədris ilinin başlanması və 15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor İlham Mədətov ATMU-nun ölkənin ali məktəbləri arasında bir sıra nailiyyətlərə imza atdığını, turizm ixtisası üzrə kadr hazırlığını həyata keçirən ilk ixtisaslaşmış dövlət ali təhsil müəssisəsi olduğunu söyləyib. Rektor, həmçinin turizm ixtisası üzrə beynəlxalq ikili diplom proqramının mövcudluğunu, tədrisin ixtisaslı və praktik biliklərə malik mütəxəssislər tərəfindən aparıldığını, tələbələrə xarici ölkələrdə istehsalat təcrübəsi keçmək imkanının yaradıldığını diqqətə çatdırıb.

İ.Mədətov tələbələrə ATMU-da yaradılan təhsil-təcrübə imkanlarından lazımınca faydalanmağı tövsiyə edib.

Daha sonra universitetin Sosial menecment fakültəsinin sosial iş ixtisasına ən yüksək balla qəbul olan Aysel Seyfullayeva sevincini tələbələrlə bölüşüb.

Sonda 2025-2026-cı tədris ilində ATMU-ya yüksək balla qəbul olan ixtisas birincilərinə təltifnamələr və hədiyyələr təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see288

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see286

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see277

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see253

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see247

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see210

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see206

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see204

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see190

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see183

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see177

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see170

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see169

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see169

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see161

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see159

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see158

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see155

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see155

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri