Turizm və Menecment Universitetində Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, görkəmli teatr və kino aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) qonağı olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüş ATMU-nun CreART Mədəniyyət Klubu tərəfindən təşkil edilib.
Səhnə fəaliyyətindən, yaratdığı obrazlardan, sənət yolunda qarşılaşdığı çətinliklərdən danışan N.Mehdixanlı tədbirə qatılan tələbələri seçdikləri peşəni sevməyə, məqsədlərinə doğru əzmlə, qətiyyətlə irəliləməyə çağırıb.
“Aktyor olmaq istəyən tarixçi, filoloq, dilçi, filosof olmalıdır”, - deyən sənətkar gənclərə dünyanın istənilən məkanında öz biliyi, mədəniyyəti ilə Azərbaycanı layiqincə təmsil etməyi məsləhət görüb.
Görüş aktyorun müəllifi olduğu şeirləri səsləndirməsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 17 Dekabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















