Turizm və Menecment Universitetinin əməkdaşları Qazaxıstanda keçirilən tədbirlərdə iştirak ediblər AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup əməkdaşı Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramının “PICASP” layihəsi çərçivəsində Qazaxıstanın Aktau və Almatı şəhərlərində keçirilən seminar və tədbirlərdə iştirak edib.
Universitetdən AZƏRTAC-a verilən məlumata görə, “PICASP”ın tərəfdaşları sayılan Qazaxıstanın Yessenov və Beynəlxalq Biznes universitetlərində adıçəkilən layihənin yekun konfranslarında ATMU-nun nümayəndələri universitet-sənaye əməkdaşlığının inkişafına dair müzakirələrdə xüsusi fəallıq göstəriblər.
ATMU əməkdaşları səfər çərçivəsində Qazaxıstanın Aktau şəhəridəki Mangistau Dövlət Tarix-Mədəniyyət Qoruğunu, Kızılkup və Bozyjra kimi məşhur turizm məkanları, o cümlədən Almatı şəhərindəki Qazaxıstan Dövlət Muzeyini ziyarət ediblər.
Qazaxıstana “Erasmus+”proqramı çərçivəsində səfər ATMU əməkdaşlarının beynəlxalq təcrübə müstəvisində fəaliyyətlərini təkmilləşdirməklə bərabər, Xəzər regionunda akademik əlaqələrin inkişafına və universitetin qlobal tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinə töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 29 Noyabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















