Icma.az
close
up
RU
Türk aktyorları özünə villalar alır, bizimkilər özgəsinə corab satır: Bu qədər böyük fərq niyə var?

Türk aktyorları özünə villalar alır, bizimkilər özgəsinə corab satır: Bu qədər böyük fərq niyə var?

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Türkiyənin məşhur aktyoru Çağatay Ulusoy Bodrumda 3 milyon dəyərində yeni yay evi alıb. Bu xəbər region mediasında geniş müzakirə olunur. Amma eyni zamanda bizdə fərqli bir reallıq var.

Azərbaycan aktyorlarının bir çoxu səhnədən çəkildikdən sonra, yaxud sənət fəaliyyətindən kənar qaldıqda, küçədə corab və xırdavat satmağa qədər məcbur olur. Bu kəskin müqayisə bir sual doğurur. Niyə bizdə sənət adamı dəyərsiz qalır, qonşuda isə milyonluq mülklər sahibi olur?

Türkiyə modelinin uğuru

Türkiyədə kino və serial sənayesi artıq qlobal brendə çevrilib. Seriallar 150-dən çox ölkəyə satılır, böyük gəlir gətirir. Aktyorlar həm yüksək qonorar, həm də reklam müqavilələri ilə böyük gəlir əldə edirlər. Sənət sənaye kimi qurulub və hər kəs öz payını götürür.

Çağatay Ulusoy və digər məşhurların milyonlarla qazanması bu mexanizmin nəticəsidir.

Azərbaycan reallığı

Bizdə isə vəziyyət tam fərqlidir. Kino və serial sənayesi zəif inkişaf edib, kommersiya gətirmir. Dövlət sifarişləri məhdud və sistemsizdir. Özəl sektor kino və teatrı gəlirli sahə kimi görmür. Aktyorların çoxu aylıq maaşla dolanır, əlavə gəlir imkanları yoxdur. Bütün bunların nəticəsidir ki, səhnədə tanınan aktyor, küçədə corab satmaq məcburiyyətində qalır.

Əslində məsələ təkcə maliyyə ilə bağlı deyil. Bu, həm də sənətə, mədəniyyətə və sənətkara verilən dəyərin göstəricisidir. Cəmiyyət sənətkarı sevir, amma onun sosial rifahı üçün mexanizm yoxdur. Teatrda illərlə xidmət etmiş aktyor sonradan sosial təminatsız qalır.

Çağatay Ulusoy Bodrumda milyonluq villa alarkən, bizim aktyorun corab satmaq məcburiyyətində qalması yalnız fərdi həyat hekayəsi deyil, mədəniyyət siyasətinin güzgüsüdür. Sənətkara dəyər verilmədiyi halda, nə teatr inkişaf edəcək, nə də kino sənayesi.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Avqust 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri