Icma.az
close
up
RU
“Türk dilləri differensial şəkildə, fərqli xüsusiyyətləri ilə bütün türk xalqları arasında təbliğ edilməlidir”

“Türk dilləri differensial şəkildə, fərqli xüsusiyyətləri ilə bütün türk xalqları arasında təbliğ edilməlidir”

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Nizami Cəfərov: “Türk xalqları və türk dilləri arasında normal inteqrasiya yalnız bu şəkildə mümkündür”

“Azərbaycan dili böyük ədəbiyyatın, böyük elmin dilidir və Türkiyədə də belə təbliğ ediləcəyinə inanıram”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin ən böyük və köklü universitetlərindən olan Qazi Universitetində Azərbaycan dili üzrə kurslar fəaliyyətə başlayacaq.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən akademik Nizami Cəfərov Azərbaycan dilinin qardaş Türkiyədə təbliğinin mühüm əhəmiyyətə malik olduğunu bildirib:

“Bu, olduqca əhəmiyyətli bir yenilikdir.

Türkiyədə Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan incəsənəti haqqındakı təsəvvürlər səthidir. Bəzən hətta belə düşünürlər ki, Azərbaycan dili Türkiyə türkcəsinin bir şivəsidir. Onlarda belə bir təsəvvür ona görə yaranır ki, Türkiyənin şərq hissəsində orta əsrlərdən azərbaycanlılar yaşayıb. Həmin azərbaycanlıların danışığı Türkiyə türlkcəsinin dialekti kimi təqdim olunub. Buna görə bəzən Azərbaycan ədəbi dilini də dialekt hesab edirlər. Bu təsəvvür aradan qalxmalıdır. Türkiyədəki qardaşlarımız bilməlidir ki, Azərbaycan dili ədəbi dildir, Azərbaycan dili dövlət dilidir. Türkiyədəki həmin dialekt də Türkiyə türkcəsinin yox, Azərbaycan dilinin dialektidir.

Azərbaycan dilinin tarixi miqyası da dərk edilməlidir. Bizim dilimiz Dədə Qorquddan başlayaraq gələn, Nəsiminin, Füzulinin təcrübəsindən keçən, Koroğlu dastanının, Milla Pənah Vaqifin dilidir. Bu dil həm də Miurzə Fətəli Axundzadənin, Sabirin, Cəlil Məmmədquluzadənin dilidir. Azərbaycan dili böyük ədəbiyyatın, böyük elmin dilidir. Bu dil məhz bu şəkildə Türkiyədə təbliğ olunmalıdır. Mən inanıram ki, Azərbaycan Mədəniyyət Mərkəzi hörmətli Samir müəllimin rəhbərliyi altında dilimizi məhz bu şəkildə də təbliğ edəcək, tanıdacaq.

Türkiyədə Azərbaycan dilinin təbliği, tanıdılması istiqamətində atılan bu addımın çox böyük faydası olacaq.

Bəzən biz tük xalqları, türk dilləri arasında inteqrasiyanı onların mərkəzləşməsi kimi başa düşürük. Amma nəzər almalıyıq ki, türk xalqları və türk dilləri arasında normal inteqrasiya o zaman olacaq ki, bu xalqların və dillərin müstəqilliyini qəbul edək.  Əlaqələrimiz müstəqillik səviyyəsində olmalıdır. Dillərin və ya xalqların bir-brinə qarışması, bir-birinin içində itməsi inteqrasiya deyil. Belə şey olmur. Biz bütün türk dillərini differensial şəkildə fərqli xüsusiyyətləri ilə bütün digər türk xalqları arasında təbliğ etməlidir. Bunun ən gözəl nümunəsi Azərbaycanla Türkiyə arasında olan münasibətdir”.

Seymur ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Fevral 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see245

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see242

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see171

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see141

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri