Özbəkistanın Türk Mədəniyyəti türk xalqları arasında əlaqələri möhkəmləndirəcək
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) fəaliyyəti dövründə Özbəkistanla bağlı bir çox layihələr həyata keçirib.
Bu barədə Fondun Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin TMİF-in tam hüquqlu üzvü olmağa hazır olması ilə bağlı bəyanatına dair məlumatında bildirilib.
"Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə göstərdiyi etimada görə dərin minnətdarlığını bildirir. Bu təşəbbüsün bizim üçün böyük şərəf olduğunu vurğulamaq istəyirik.
Özbəkistan Prezidentinin bu təşəbbüsünün reallaşması ortaq mədəniyyətə, zəngin irsə və çoxəsrlik tarixə malik türk xalqları arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə imkan verəcək. Həmçinin mədəni dəyərlərimizin öyrənilməsi, qorunması və təbliği istiqamətində Türk Mədəniyyəti və İrsi Fondu ilə türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcək", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Ş.Mirziyoyev bu təşəbbüslə Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşündə çıxış edib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Türk Mədəniyyəti və İrsi Fondunun təsisçi ölkələr, Macarıstan isə müşahidəçi ölkədir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 08 Noyabr 2024 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















