Icma.az
close
up
RU
Türk dövlətləri bir yerdə daha güclüdür

Türk dövlətləri bir yerdə daha güclüdür

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün baş verən böyük geostrateji dəyişikliklər bütün yerlərə təsir etdiyi kimi, Türk dünyasına da təsir edir. Lakin Türk Dövlətləri Təşkilatının (TDT) artan institusionallaşması, daha koordinasiyalı fəaliyyəti bizi bu böhranlara qarşı daha dayanıqlı edir. Bu, hamımızın birlikdə inkişaf etdirdiyimiz korporativ münasibətdir. Digər tərəfdən, Türk dünyası dövlətlərinin iqtisadiyyatını, infrastrukturunu, texnologiyasını, müdafiə potensialını, əsas xidmətlərini inkişaf etdirməsi və sənaye infrastrukturunu daha da yaxşılaşdırması, əslində, hər bir dövləti daha da gücləndirir.

Bu fikirləri Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan media nümayəndələrinə müsahibəsində deyib.

Nazir vurğulayıb ki, hər güclü dövlət birlikləri inkişaf etdikdə daha güclü təşkilat yaranır. “Ona görə də ümid edirəm ki, biz gələcəkdə dünya böhranlarına daha dayanıqlı olan Türk dünyası ilə qarşılaşacağıq. Liderlərimiz bu məsələni sabah Qəbələdə müzakirə edəcəklər. TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün Azərbaycanın Qəbələ şəhərində keçirilməsi isə olduqca qürurvericidir. Çünki Türk dünyasının belə gözəl şəhərini liderlərə təqdim etmək və onları burada qonaq etmək çox xoşdur”, - deyə Türkiyənin xarici işlər naziri vurğulayıb.

Türkiyənin xarici siyasətinin əsasını regionda sabitlik yaratmaq təşkil etməsinə də diqqət çəkən Hakan Fidan daha sonra deyib: “Sabitliyin yaradılması üçün bir neçə şərt var. Birincisi, müharibələri və münaqişələri mümkün qədər sakitləşdirmək və ya sona çatdırmaqdır. İkincisi, iqtisadi əməkdaşlığı bərabər əsasda inkişaf etdirməkdir. Bunların nəticəsində hər kəs firavanlıqdan faydalana biləcək. Üçüncüsü, münasibətləri və regional strukturları institusionallaşdırmaq və onları daha da canlandırmaqdır. Bu perspektivlə bölgəmizdə işləyirik. Bu isə hər zaman Türk dünyası ilə münasibətlərimizdə və birgə regional işimizdə müşahidə olunur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü xarici siyasət perspektivi və Türkiyənin göstərdiyi səylər məhz bu istiqamətə yönəlib. Beləliklə, biz regionda sabitliyi təmin etmək üçün Türkiyənin regional gücündən, nüfuzundan və liderliyindən istifadə edirik”.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 08:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri