Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Türk dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verilir ŞƏRH

Türk dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verilir ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Məlum olduğu kimi, Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının görüşü və Prezident İlham Əliyevin bu görüşdə səsləndirdiyi fikirlər geniş geosiyasi kontekstdə Türk dünyasının iqtisadi inteqrasiyası, Avrasiya nəqliyyat marşrutlarının yenidən formalaşması və Azərbaycanın bu prosesdə oynadığı rol haqqında siyasi mesajlar kimi qiymətləndirilə bilər.

Yeri gəlmişkən, qeyd edək ki, aprelin 2-də Prezident İlham Əliyev tərəfindən TDT-dəki aparıcı tərəfdaşların qəbul edilməsi ciddi geosiyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı məhz həmin tarixdə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazı, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu, Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyevi, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyevi, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üsteli, üstəlik Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. TDT-nin Bakı konfransını qədim tarixi köklərə bağlanan əməkdaşlığın müasir diplomatik müstəvidə təntənəsidir. Dəyişən dünya nizamında oxşar formatlı görüşlərin mütəmadi xarakter alması inteqrasiya proseslərinin geridönməzliyini təsdiqləyir.
Qeyd etmək lazımdır ki, təqdim edilən rəsmi mövqelər açıq şəkildə sübuta yetirir ki, xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrimiz birmənalı olaraq prioritet təşkil edir. Fəal diplomatik gedişlərin sayəsində təsdiqlənir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına daim böyük töhfə verir, gələcəkdə də eyni amala tam sadiq qalacağını bildirir. ­Dövlətlərarası formalaşmanın qanunauyğunluqlarını rəhbər tutan aparıcı elita həqiqətən əzmkar siyasi kurs sərgiləyir. Prezident İlham ­Əliyevin qeyd etdiyi klimi: “Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Yeganə ailəni gələcəyə aparmaq məqsədilə müştərək səylərin göstərilməsi təbii ki, çox önəmlidir”. Dövlətimizin başçısı, həmçinin əlavə mesaj da verib: “Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq”.

Onu da qeyd edək ki, səsləndirilən tarixi fikirlər verilən qərarların həm regional, həm də qlobal miqyasda mütləq hədəfləri gücləndirəcəyinə inam yaradır. Sarsılmaz təməllər üzərində qurulan vəhdət yeni və fərqli nailiyyət səhifələrinə yol açacaq. Hədəflənən məqsədlərə çatmaq naminə vahid iqtisadi platformanın, əlavə olaraq ortaq informasiya məkanının formalaşdırılması mütləq zərurətə çevrilib.
Ölkəmizin paytaxtında gerçəkləşən rəsmi qəbul, əslində, inteqrasiyanın əsas strukturunu dərinləşdirir. Hökumət rəhbərlərinin, eləcə də vitse-prezidentin mərkəzləşdirilmiş görüşlərinin təşkili TDT daxilində çoxtərəfli əməkdaşlığın struktur etibarı ilə daha da gücləndirilməsi baxımından mükəmməl imkanlar yaradıb. Söhbət əsnasında yuxarıda sadalanan məsələlərin önəminə xüsusi toxunularaq, aparılan müzakirələrin perspektiv nəticələri yüksək qiymətləndirilib. Dövlətlərarası münasibətlərin institusional müstəviyə keçidi ortaq ticarət zonalarının yaradılmasına, nəqliyyat marşrutlarının şaxələndirilməsinə, tranzit potensialının maksimum səviyyəyə çatdırılmasına xidmət edir. Şərqlə Qərb arasında təbii körpü rolunu oynayan coğrafiyamız artıq, sadəcə, marşrut xətti sayılmır, eyni zamanda, qərarların qəbul edildiyi əsas mərkəzi qərargaha çevrilir. Müzakirələr zamanı diqqəti cəlb edən mühüm məqamlardan biri də Türkiyə nümayəndə heyətinin rəhbərinin sərgilədiyi yanaşma olub. Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Prezident İlham Əliyev ilə keçirdiyi görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinin iclasda iştirakını xüsusi məmnunluqla qeyd edərək, bu iştirak üçün yaradılan əlverişli şəraitə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edib. Şimali Kiprin ali səviyyədə təmsil olunması ədalətsiz izolyasiya divarlarının parçalanması, həmrəyliyin real nümayişi kimi səciyyələndirilməlidir. Bu format daxilindəki vəhdət nümayişi kənar qüvvələrə qarşı yönəlməyərək, sırf mənəvi dəyərlərin, tarixi ədalətin bərpasına xidmət göstərir. Qarşılıqlı etimad əsasında qurulan mexanizmlər süni əngəlləri minimuma endirəcək, qərarların çevik icrasını təmin edəcək. Diplomatiya tarixində nadir hallarda rast gəlinən bu tərəfdaşlıq modeli əməkdaşlığın saysız istiqamətlərini əhatə edir, zəncirvari inkişaf dinamikasını formalaşdırır. Ünal Üstelin ali platformada yer alması diplomatik tanınma prosesinə mühüm təkan verməklə bərabər, qardaş xalqların heç vaxt tənha olmayacağını nümayiş etdirir. Əldə edilən diplomatik irəliləyişlər ümumi gücümüzün artmasına bilavasitə təsir göstərir. Qlobal siyasi sistemdə etibarlı tərəfdaşlığın formalaşdırılması olduqca çətin prosesdir. Sözügedən format daxilində atılan addımlar təkcə diplomatik çərçivələrlə məhdudlaşmır, həmçinin texnoloji yeniliklərin mübadiləsi, müdafiə sənayesi sektorunda əməkdaşlığın genişləndirilməsi, innovativ layihələrin həyata keçirilməsi istiqamətlərini sıx şəkildə ehtiva edir. Təbii resurslarla zəngin coğrafiyaların ortaq strategiya çərçivəsində cəmləşməsi iqtisadi potensialı dəfələrlə artırır. Geosiyasi maraqların uzlaşması fonunda həyata keçirilən davamlı görüşlər təşkilatın gələcək hədəflərinə doğru qətiyyətli addımladığını aydın göstərir. Hər mühüm görüş, hər imzalanan sənəd yeni hədəflərin reallaşmasına xidmət edir. Şübhəsiz ki, respublikamızın liderliyi altında irəli sürülən təşəbbüslər regionda sülhün, təhlükəsizliyin qarantı kimi çıxış etməyə davam edəcək. Yeni dövrün tələblərinə cavab verən yanaşmalar müasir xarici siyasət doktrinasının mükəmməl işlədiyini təsdiqləyir.
Xüsusilə qeyd etmək lazımdır ki, son onillikdə formalaşan siyasi trendlər təsdiqləyir ki, genişmiqyaslı inteqrasiyalar qaçılmazdır, fəqət yalnız genetik kodlara bağlanan ittifaqlar davamlı sülhə zəmin yaradır. Nəticə etibarilə, Bakı təkcə enerji layihələrinin mərkəzinə çevrilmir, həm də Türk dünyasının intellektual, hərbi, iqtisadi ideyalar mərkəzinə qovuşur. Regional güclərin yaratdığı mürəkkəb fon içərisində tam vəhdət mövqeyinin nümayiş etdirilməsi son dərəcə səmərəli gələcək vəd edir. Tarixi dövrlərdən süzülüb gələn ortaq mənəvi sərvətlər indi praqmatik iqtisadi təməllərlə sintez olunur. Yaradılan sarsılmaz bünövrə isə gələcək nəsillər üçün firavan, təhlükəsiz, qüdrətli yaşayış mühitini zəmanət altına alır.

Ən əsası, ölkəmiz beynəlxalq siyasətində Türk dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir. Atılan uğurlu addımlar bəşəriyyət tarixində mühüm izlər qoyacaq, bütöv məfkurə daim ali zirvələrdə bərqərar olacaq. Rəsmi səfərlər əsnasında imzalanacaq hər hansı sənəd, təsdiqlənəcək hər hansı qərar şübhəsiz ki, xalqlarımızın ümumi rifahına qulluq edəcək.

Əliqaya Namazov,

YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Aprel 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri