Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT lərinin Həmrəylik Forumu Naxçıvanda davam edib

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT lərinin Həmrəylik Forumu Naxçıvanda davam edib

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu Naxçıvan şəhərində davam edib.
Newscenter.az-ın xəbərinə görə, salamlama nitqi ilə çıxış edən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, son illər türk dövlətləri ilə birgə layihələr silsilə xarakter almaqdadır: “Son 3 il ərzində biz Özbəkistan, Türkiyə, Şimali Kipr Türk Respublikası və digər qardaş türk dövlətlərində fəaliyyət göstərən QHT-lərlə və tərəfdaş qurumlarla bir sıra vacib layihələr həyata keçirmişik. Bunlara Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan, Özbəkistan-Azərbaycan formatlarında baş tutan QHT-lərin əməkdaşlıq forumlarını, COP29 çərçivəsində Bakıda keçirilən “Türk Dövlətlərinin Vətəndaş Cəmiyyəti forumu”nu misal gətirə bilərik. Dünən isə ilk dəfə “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” baş tutdu. Əminəm ki, bu formatda ikinci forumu tezliklə Qazaxıstanda da reallaşdıra biləcəyik”.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, 2009-cu ildə “Naxçıvan Sazişi”nin imzalandığı şəhərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun keçirməsi rəmzi məna daşıyır: “Naxçıvanın vətəndaş cəmiyyəti təmsilçiləri də türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsində xüsusilə maraqlıdır. Muxtar respublikanın QHT-ləri regional təşəbbüslərə qoşulmağa, ortaq layihələrdə iştirak etməyə və Türk dünyasının birliyinə öz töhfələrini verməyə böyük həvəs göstərirlər”. Ceyhun Cəlilov onu da vurğulayıb ki, Zəngəzur dəhlizinin Naxçıvan hissəsində avtomobil yolu, dəmir yolu, enerji və kommunikasiya xətlərinin tikintisi üzrə hazırlıq işləri sürətləndirilib və artıq son mərhələyə keçilib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvana göstərdiyi ardıcıl diqqət və qayğı bu qədim diyarın inkişafını sürətləndirən başlıca amildir. Məhz bu diqqətin nəticəsi olaraq Naxçıvan bu gün təkcə region səviyyəsində deyil, bütövlükdə Türk coğrafiyasında yeni inkişaf modelinin nümunəsinə çevrilir”.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev qeyd edib ki, bu gün qədim Naxçıvan torpağında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri ilk dəfə vahid platformaya çıxır: “Bu, bütün Türk dünyasının fərəhli, tarixi günüdür, böyük xoşbəxtlikdir! Biz ümumi işimizlə elə etməliyik ki, qarşıdakı dövrdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası arasında tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə QHT-lər üçün ikitərəfli, həm də çoxtərəfli əsasda qrant müsabiqələri geniş vüsət alsın. Azərbaycan tərəfi olaraq, biz bu istiqamətdə həmkarlamızla işçi danışıqlara günü bu gün başlamağa, qısa müddətdə müsabiqələri təşkil etməyə, təşəbbüsləri dəyərləndirməyə hazırıq”. T.Əliyev Bakıda başlanan prosesinin davamlı olacağına inandığını bildirib: “İlk dəfə baş tutan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun hər il təşkilata sədrlik edən dövlətin təşkilatçılığı ilə keçirilməsini, davamlı olmasını arzu edirik”.
Daha sonra forum panel müzakirələrlə davam edib.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Noyabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri