Icma.az
close
up
RU
COP29da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHTlərinin birgə forumu KEÇİRİLDİ FOTO

COP29da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHTlərinin birgə forumu KEÇİRİLDİ FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

2024-cü il noyabrın 18-də COP29 çərçivəsində Yaşıl Zonada Türk Dövlətləri Təşkilatına (TDT) üzv və bu təşkilatda müşahidəçi statusa malik 8 ölkədən olan QHT-lər birgə iqlim təşəbbüslərinə dair forum keçirib.
Bizim.Media xəbər verir ki, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistandan olan vətəndaş cəmiyyəti təsisatlarından nümayəndələr foruma qatılıb.
İnsan kapitalına dair türk ölkələrinin iqlim təşəbbüsü Forumu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə baş tutub.
COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, ilk dəfədir ki, türk dövlətlərinin QHT-ləri ümumi məqsəd uğrunda bu səviyyədə təşkilatmağa başlayıb.
Tədbirdə iştirak edən millət vəkilləri Ramil Həsən, Gülşən Paşayeva birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.
Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova Azərbaycanın COP29-a uğurla evsahibliyi etməsinin bütün türk dünyası üçün önəmli olduğunu qeyd edib, bu prosesdə QHT-lər çərçivəsində də əməkdaşlığın genişləndirilməsini mühüm hadisə adlandırıb.
Özbəkistan Respublikasının Qeyri-Hökumət Təşkilatları Milli Assosiasiyasının İdarə Heyətinin sədri Kamoliddin İşanxocayev bildirib ki, 2024-cü ilin dekabrında Özbəkistan-Azərbaycan QHT-lərinin II Əməkdaşlıq Forumu olacaq və bu dərinləşən əlaqələrin növbəti təzahürüdür. 
Daha sonra forum panel müzakirələrlə davam edib.
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camalın moderatorluğu ilə keçirilən “İqlim dəyişmələri və insan kapitalı: türk dövlətlərinin vətəndaş cəmiyyəti təsisatlarının rolu” adlı ilk paneldə Şimali Kipr Türk Respublikasının Prezident Administrasiyasının QHT-lərlə iş üzrə məsul nümayəndəsi Latif Akça, Türkiyənin Siyasi, İqtisadi, Sosial Araşdırmalar Mərkəzinin (SETA-nın) təmsilçisi Mustafa Caner, Özbəkistanın “Qadınlar və Qızlar Assosiasiyası”nın sədri Nəsibə Miradilova, Özbəkistandan ekoloq Bunyod Abdullayev mövzu ətrafında məruzələrlə çıxış ediblər. 
 

“Türk dövlətlərində gənclərin iqlim məsələlərinə cəlbində vətəndaş cəmiyyətinin rolu” adlı ikinci paneldə Türkiyənin “Yeşilay” Cəmiyyətinin sədr müavini Sümeyya Ceylan,  Qırğızıstanın Gənclər Parlamenti layihəsini həyata keçirən “Vətəndaş İdeyaları Fondu”nun təsisçisi Elnurə İsabəyova, Türk Dövlətləri Təşkilatının Macar nümayəndəliyinin üzvü David Biro, Özbəkistanın Könüllülər Birliyinin rəhbəri Şirin Abidova müxtəlif təqdimatlar ediblər.


Türk dövlətlərinindən olan nümayəndələr sonda bir daha Azərbaycanı Türk dünyasında ilk dəfə COP tədbirini təşkil etməyə nail olmuş ölkə kimi təbrik ediblər, bundan fərəh hissi keçirdiklərini bildiriblər. Qeyd olunub ki, çox qısa müddətdə yüksək səviyyəli təşkilatçılıq işlərinin görülməsi Azərbaycan dövlətinin qüdrətinin daha bir nümayişinə çevrilib.



Günay Şahmar, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Noyabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri