Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatının yeni bayrağı qəbul edilib

Türk Dövlətləri Təşkilatının yeni bayrağı qəbul edilib

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Türk Dövlətləri Təşkilatının (TDT) yeni bayrağı qəbul edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Bişkekdə keçirilən 11-ci Zirvə görüşündə qərar qəbul olunub.
Qərarda qeyd olunub:
"Türk xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərləri tanıyaraq və çoxtərəfli əməkdaşlığın, qarşılıqlı tərəqqinin, birliyin və həmrəyliyin gücləndirilməsinə sadiqliyi təsdiq edərək 22 avqust 2012-ci il tarixində Bişkekdə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının İclasının Razılaşdırılmış Protokoluna əsasən, Dövlət Başçıları Şurası qərara alır.
1. Türk Dövlətləri Təşkilatının bayrağını və onun təsvirini 1 və 2 saylı əlavələrdə göstərildiyi kimi qəbul etmək.
2. Hazırkı Qərarın 1-ci bəndinə uyğun olaraq, digər Türk Əməkdaşlıq Təşkilatlarının bayraqlarının rəng sxemlərinin Türk Dövlətləri Təşkilatının bayrağı ilə uyğunlaşdırılmasına başlamaq və bu təşkilatların yenilənmiş bayraqlarını qəbul etmək".
Qeyd olunub ki, Türk Dövlətləri Təşkilatının bayrağının təsviri bayrağın dizaynında mavi fon üzərində səkkizbucaqlı, aypara və ulduz, mərkəzdə düz şüaları olan günəş təsvir edilib.
Mavi fon təmiz səmanı, sülhü və rifahı simvolizə edir. Monoxrom fon türk xalqlarının birliyini ifadə edir. Tarixən mavi rəng türk mədəniyyəti və ənənələri ilə əlaqələndirilib ki, bu da onun mədəni əhəmiyyətini daha da gücləndirir.
Səkkizbucaqlı əsrlərlə mövcud olan türk dövlətçiliyini təmsil edir, respublikanın (hürriyyət) təsdiqi, sabitlik, qarşılıqlı əlaqə və ümumi türk mədəni irsindən qaynaqlanan gücün rəmzi kimi çıxış edir. Türk və islam ənənələrində səkkizbucaqlı rəhbərlik və müdriklik rəmzidir, təşkilatın gələcək yoluna mayak rolunu oynayır.
Bərabər paylanmış qırx düz şüası olan günəş işığı, açıqlığı və həyat gücünü simvolizə edir. Şüalar Türk dünyasının yolunu işıqlandıran, onu daha parlaq və firavan gələcəyə aparan ortaq dəyərləri və ümumi baxışı təmsil edir. Türk dünyasında yaxşı tanınan aypara və ulduz türk dövlətçiliyini, inkişafı, gələcəyə istiqamətlənmiş arzuları və tərəqqini təmsil edir.
Bu elementlər Türk dövlətlərinin zəngin ortaq tarixinə əsaslanan TDT-nin dinamik və gələcəyə yönəlmiş ruhunu əks etdirir. Bu bayraq Türk Dövlətləri Təşkilatının missiyasının əsasını təşkil edən türk kimliyinin, birliyinin, ortaq irsin və hərtərəfli əməkdaşlığın əsas simvollarını özündə cəmləşdirir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri