Türk dövlətlərinin dilçi alimləri Bakıda bir araya gələcəklər
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası və Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə oktyabrın 15-16-da “Türk dövlətlərində koqnitiv dilçiliyin bu günü və gələcəyi” adlı birinci beynəlxalq simpozium keçiriləcək.
Dilçilik İnstitutundan AZƏRTAC-a bildirlib ki, beynəlxalq simpozium çərçivəsində koqnitiv dilçiliyin nəzəri və praktik məsələlərinin, dil və təfəkkür münasibətlərinin, dilin koqnitiv xüsusiyyətlərinin, eləcə də türk dillərinin tədqiqində müasir yanaşmaların müzakirəsi nəzərdə tutulub.
Tədbirin türk dövlətlərindən olan alimlər və tədqiqatçılar arasında elmi fikir mübadiləsinin gücləndirilməsinə, koqnitiv dilçilik sahəsində yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə və beynəlxalq elmi əlaqələrin inkişafına töhfə verəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 12 Oktyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















