Icma.az
close
up
RU
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 18 mart, AZƏRTAC

Türk dövlətlərinin aparıcı elm və təhsil müəssisələri bir araya gələrək ortaq elmi platforma - Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzini təsis ediblər.

Bu barədə AZƏRTAC-a AMEA Nəsimi adına Dilçilik İnstitutundan məlumat verilib. Bildirilib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın nüfuzlu universitetləri və dilçilik institutlarının iştirakı ilə yeni beynəlxalq elmi-tədqiqat qurumunun təsis iclası keçirilib. Layihənin əsas məqsədi türk dillərinin koqnitiv və psixolinqvistik aspektdən araşdırılmasını vahid mərkəzdən koordinasiya etməkdir.

İclasın moderatoru, akademik Şöhrət Sirociddinov (Özbəkistan) bu qurumun türk xalqlarının dil birliyinə verəcəyi töhfəni yüksək qiymətləndirib. Tədbirdə Qazaxıstanın Dilçilik İnstitutunun direktoru professor Anar Fazıljan, Bakı Avrasiya Universitetinin rektoru professor Siyavuş Qasımlı və Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli rəhbərlik etdikləri qurumların Mərkəz üçün yaradacağı geniş imkanlardan danışıblar.

Mərkəzin məqsəd və fəaliyyət proqramını layihənin müəllifi, Dilçilik İnstitutunun şöbə müdiri professor Mayıl Əsgərov təqdim edib. O, koqnitiv dilçiliyin müasir dünya elmindəki yerindən və türk dövlətləri arasında bu sahədə qurulacaq ortaq şəbəkənin əhəmiyyətindən danışıb.

İclasda Türkiyənin Hacettepe və Trakya universitetlərinin, həmçinin Özbəkistan və Qazaxıstanın müvafiq qurumlarının nümayəndələri təmsil etdikləri ölkələrdə psixolinqvistika sahəsində aparılan son tədqiqatlar barədə məlumat veriblər.

Görüşün sonunda Mərkəzin gələcək fəaliyyət planı təsdiqlənib və növbəti elmi toplantının vaxtı müəyyən edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Mart 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri