Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

Yol nəqliyyat hadisələrin sayı

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Türk dövlətlərinin yeni güc mərkəzi: Sovet mirasının qanlı sərhədləri tarixə qovuşur

Türk dövlətlərinin yeni güc mərkəzi: Sovet mirasının qanlı sərhədləri tarixə qovuşur

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Mərkəzi Asiya ölkələri bütün problemləri bir kənara qoyub güc mərkəzinə çevrilməyə çalışırlar. İmzalanan sənədlər də bunu deməyə əsas verir.

Mərkəzi Asiya dövlətləri aralarındakı problemləri həll etməkdədirlər. Bir zamanlar az qala müharibə həddində olan region dövlətləri indi tarixi adlandırılan sazişlərə imza atırlar. Ən əsası, bu münasibətlər üçüncü tərəfin iştirakı olmadan həyata keçirilir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Xücənd bəyannaməsi - strateji əməkdaşlığa gedən yol

Beləliklə, Daşkəndlə Bişkek arasında tarixi sərhəd razılaşmasının ardınca, Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentləri Emoməli Rəhmon, Sadır Japarov və Şavkat Mirziyoyev üç ölkənin sərhədlərinin kəsişmə nöqtəsi haqqında müqavilə və əbədi dostluq haqqında Xücənd bəyannaməsini imzalayıblar.

Sovetin qanlı mirası

Mərkəzi Asiyanın üç respublikasının sərhədlərinin kəsişməsi Fərqanə vadisində - Tacikistanın Soqd, Özbəkistanın Fərqanə və Qırğızıstanın Batken vilayəti arasındakı nöqtədə yerləşir. Bu ərazidə ilk inzibati sərhədlər sovet hakimiyyəti tərəfindən 1920-1930-cu illərdə təsərrüfat və etnoqrafik reallıqlar nəzərə alınmadan cızılmışdı. Ümumi tanınmış, hüquqi təsbit edilmiş xətt mövcud deyildi. Qırğızıstan, Tacikistan və Özbəkistan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra sərhədin demarkasiyası haqqında sazişin və dəqiq işarələrin olmaması xəritələrdə mübahisəli sahələrin yaranmasına gətirib çıxar'rdı. Regionda səkkiz anklavın mövcudluğu vaxtaşırı silahlı münaqişələrə səbəb olurdu.

Özbəkistan və Qırğızıstan sərhədin bütün mübahisəli sahələrini 2021-ci ilin martında razılaşdıra biliblər. Paralel olaraq Daşkənd və Düşənbə arasında sərhəd məsələləri üzrə dialoq aparılırdı. 2016-cı ildə Özbəkistanda Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsi ilə danışıqlar aktivləşdi və iki ölkənin sərhədlərinin delimitasiyası 2018-ci ildə başa çatdı, bundan sonra xüsusi qruplar demarkasiyaya başladılar.

Üçtərəfli əməkdaşlığı genişləndirəcəklər

Sənədlərin imzalanması Tacikistanın şimalında Soqd vilayətinin inzibati mərkəzi olan Xücənddə üç dövlət liderinin ilk sammitində baş tutub. Əsas problemin həlli fonunda dövlət başçıları üçtərəfli əməkdaşlığı genişləndirəcəklərinə söz verərək Əbədi Dostluq haqqında Xücənd Bəyannaməsini imzalayıblar. Liderlər Soqd, Batken və Fərqanə vilayətlərinin sərhədində Tacikistan, Qırğızıstan və Özbəkistan xalqlarının dostluğunu simvolizə edən "Dostluq kompleksi"ni də açıblar. Həmçinin 2024-cü ilin aprelində imzalanmış Özbəkistan və Tacikistan arasında müttəfiqlik müqaviləsi də qüvvəyə minib. Özbəkistanın Qırğızıstanla da oxşar müqaviləsi var. Tacikistan və Qırğızıstan öz enerji sistemlərini birləşdiriblər. İki dövlətin başçıları CASA-1000 layihəsi çərçivəsində Soqd-Datka elektrik ötürücü xətlərini də işə salıblar.

Sərhəd məsələsinin tənzimlənməsi həm region, həm də Tacikistan və Qırğızıstan arasındakı münasibətlər üçün çox əhəmiyyətli hadisədir. Xücənddə aparılan danışıqların və əldə edilən razılaşmaların ikinci mühüm əhəmiyyəti odur ki, indi tərəflər əməkdaşlığı daha intensiv və problemsiz inkişaf etdirə biləcəklər.

Mirziyoyevin ən böyük uğuru

Bəllidir ki, Mərkəzi Asiya mürəkkəb geosiyasi konfiqurasiyaya malik, nüvə dövlətləri ilə həmsərhəd olan və müxtəlif güc mərkəzlərinin maraqlarının kəsişməsində yerləşən bir regiondur. Fərqanə vadisi isə regionun bütün çoxşaxəliliyini və problemlərini özündə cəmləşdirir. Nisbətən kiçik ölçülərinə baxmayaraq, vadi əsrlər boyu toplanmış çoxillik problemlərin yükünü daşıyır. Regionun mürəkkəb tarixi, sovet və postsovet dövrlərində üç respublika arasında ərazi bölgüsü ilə ağırlaşdırılaraq, SSRİ-nin dağılmasından sonra bir sıra ciddi nəticələrə - su mübahisələrindən sənayenin dağılmasına, işsizliyə və sürətli demoqrafik artıma qədər gətirib çıxardı. Bundan əlavə, Fərqanə vadisi etnik münaqişə ocağı idi.

Dönüş nöqtəsi prezident Mirziyoyevin 2017-2018-ci illərdə Mərkəzi Asiyada qonşuluq və öz niyyətlərini konkret hərəkətlərlə təsdiqləməsi ilə başlayıb. Özbəkistan 2023-cü ildə Qırğızıstanla sərhəd delimitasiyasını tamamlayıb, əhəmiyyətli ərazi güzəştlərinə gedərək, bununla da regional sabitlik naminə kompromislərə hazır olduğunu nümayiş etdirib. Özbəkistanın nümunəsini Tacikistan izləyib, Qırğızıstanla bütün sərhəd məsələlərini həll edib.

Vadinin inkişafı üçün kompleks proqram

Hazırda Fərqanə vadisinin inkişafı üçün kompleks proqram lazımdır. Bu, yaxın illər üçün başlanılan prosesin məntiqi davamı və mühüm nəticəsi olacaq.

Ali İqtisadiyyat Məktəbinin aparıcı eksperti Darya Rekeda hesab edir ki, "Fərqanə formatı" tək Tacikistan, Özbəkistan və Qırğızıstan üçün deyil, bütün Mərkəzi Asiya regionu üçün mühüm əhəmiyyət kəsb edir. "Bu, investisiya planı və Avrasiya məkanında təhlükəsizliyin təmin edilməsi məsələləri ilə bağlıdır. Narkotik, silah ticarəti və müxtəlif radikal elementlərin hərəkəti keçən sərhəd üzərində nəzarət problemləri həmişə aktual olub. Fərqanə vadisinin regionları arasında "qara tunellər" kateqoriyasına daxil olan malların qaçaqmalçılığı üçün yeraltı keçidlərdən və tunellərdən istifadə halları məlumdur. Fərqanə vadisi məkanı, mürəkkəb relyefi üzərində nəzarətin və sıx müşahidənin gücləndirilməsi bütün nöqteyi-nəzərdən təhlükəsizlik üçün vacibdir", - deyə Darya Rekeda bildirib.

Görünən odur ki, Mərkəzi Asiya ölkələri problemləri bir kənara qoyub güc mərkəzinə çevrilməyə çalışırlar. İmzalanan sənədlər də bunu deməyə əsas verir. Ən əsası isə odur ki, ölkələr arasında vahid mövqe və fikir birliyi var. Ümid etmək olar ki, Mərkəzi Asiya ölkələri yaxın gələcəkdə güc mərkəzi olacaq. Bu, həm də Türk Dövlətləri Təşkilatının inkişafı deməkdir

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Aprel 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see216

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see208

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see204

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see183

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see177

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see170

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see161

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see158

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see150

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see149

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see147

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see142

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see138

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see136

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

20 Noyabr 2025 11:24see135

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see134

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see133

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see132

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see131

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri