Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Məhəbbət İbrahimovanı fəxri doktor adına və beynəlxalq mükafata layiq görüb
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verdiyi dəyərli töhfələrə, həmçinin gənclərin təhsilinə göstərdiyi ardıcıl dəstəyə görə yazıçı və şairə Məhəbbət İbrahimova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru adına və “Beynəlxalq Qızıl Ulduz” mükafatına layiq görülüb.
Azərbaycanın tanınmış ziyalılarından olan Məhəbbət İbrahimova yaradıcılığı və ictimai fəaliyyəti ilə uzun illərdir oxucuların rəğbətini qazanıb. Onun ədəbiyyata, milli-mənəvi dəyərlərin təbliğinə və gənclərin maariflənməsinə verdiyi töhfələr yüksək qiymətləndirilir.
Qeyd edək ki, Məhəbbət İbrahimova 7 kitabın müəllifidir və onun 30-dan çox şeirinə mahnı bəstələnib. Yazıçının “Ömürdən qurban olmaz” və “Yalan dolu məhəbbət” adlı kitabları mövzu aktuallığı ilə seçilir. “Ömürdən qurban olmaz” romanında müəllif saf sevgidən bəhs edir, əsərin baş qəhrəmanı həqiqəti dərk edərək yarıyoldan dönür və ömrünün qalan hissəsi mənəvi boşluq içində keçir. Əsər oxucunu həyatın mənası barədə düşünməyə sövq edir. “Yalan dolu məhəbbət” kitabında isə roman, şeirlər və aforizmlər yer alır, iki gəncin baş tutmayan sevgisindən və onların çətin uşaqlıq illərindən bəhs olunur.
Məhəbbət İbrahimovanın “Allahım”, “Oyanın insanlar”, “Qarabağa”, “Dərdim var”, “Şuşada”, “Anam Azərbaycan”, “Türk oğlu”, “Covid-19” və digər şeirləri oxucular tərəfindən böyük maraqla qarşılanıb. Müəllifin həyat, sevgi, ailə, ana və vətən mövzularını əhatə edən 50-dən çox aforizmi də diqqət çəkir.
Yazıçının səmimi şəkildə söylədiyi “Mən nə şair, nə də yazıçıyam, mən ədəbiyyat vurğunuyam” fikri onun yaradıcılıq fəlsəfəsini ifadə edir və oxucular tərəfindən rəğbətlə qarşılanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 Yanvar 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















