Icma.az
close
up
RU
Türk Dünyası Marketinq, Reklam və Media Birliyi təsis olunub

Türk Dünyası Marketinq, Reklam və Media Birliyi təsis olunub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 1 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti Ankara şəhərinə işgüzar səfər edib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Mentorluq Proqramı çərçivəsində agentlik nümayəndələri istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarına nəzarət və reklam fəaliyyəti sahələrindəki qanunvericilik alətləri mövzularını əhatə edən təlimlərdə iştirak ediblər.

Türkiyənin Ticarət Nazirliyinin İstehlakçıların Müdafiəsi və Bazara Nəzarət Baş İdarəsinin mütəxəssisləri tərəfindən keçirilən təlimlər zamanı istehlakçı arbitraj komitələrinin işi, qeyri-qanuni ticarət fəaliyyəti ilə bağlı qaydalar, bazara nəzarət mexanizmləri, reklam sahəsində istehlakçı hüquqlarının müdafiəsi, abunəlik və məsafədən satış müqavilələri, turizm, qüsurlu məhsul və xidmətlər, satış sonrası xidmətlərə dair hüquqi tənzimləmələr barədə ətraflı məlumat verilib.

Mentorluq Proqramı çərçivəsində həmçinin Türkiyədə həyata keçirilən Yenilənmiş Məhsul Sistemi üzrə təqdimatlar nümayiş etdirilib. Təqdimat zamanı bu sistemin mahiyyəti, tətbiq sahələri və istehlakçılar üçün yaratdığı üstünlüklər iştirakçıların diqqətinə çatdırılıb.

Bundan əlavə, agentlik nümayəndələri Türkiyə Reklam Şurasının iclasında reklam sektorunda istehlakçı hüquqlarının pozulması hallarının müəyyənləşdirilməsi prosesi, pozuntu hallarının aradan qaldırılması üçün atılan addımlar və qərar qəbuletmə mexanizmlərinə həsr olunmuş müzakirələrdə iştirak ediblər.

Səfər çərçivəsində həmçinin Türkiyə və Azərbaycanın birgə təşəbbüsü ilə yaradılan, Türkiyənin Ticarət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Türk Dünyası Marketinq, Reklam və Media Birliyinin (TÜREK) təsis mərasimində iştirak təmin olunub. Tədbir zamanı birliyin fəaliyyət istiqamətləri, ölkələr arasında sıx əməkdaşlıq və informasiya mübadiləsinin təşkili məsələləri müzakirə edilib.

Qeyd edək ki, 2006-cı ildən etibarən İstehlakçıların Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkəyə (ICPEN) üzv olan Azərbaycan Respublikası 2023-cü ildə təşkilatın Məsləhət Qrupuna üzv seçilib. Ölkəmiz təşkilatda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təmsil olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri