Türk Dünyası Novruz Festivalı (FOTO) Yeni Gündəm
Yenigundem portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu günlərdə Şimali Kipr Türk Cümhuriyyətində Türk Dünyası Novruz Festivalı keçirilir. Festival bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. Festivalda bütün türk dövlətlərindən gəlmiş millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri iştirak edirlər. Azərbaycan Respublikasını Milli Məclisin üzvləri, Sosial siyasət komitəsinin sədri Musa Quliyev və Azərbaycan-Şimali Kipr Parlamentlər arası işçi qrupunun rəhbəri Cavanşir Feyziyev təmsil edirlər. Milli Məclis üzvlərini ölkə başçısı cənab Ersin Tatar və Cümhuriyyət Məclisi başkanı cənab Ziya Öztürklər öz iqamətgahlarında qəbul ediblər.
3 gün ərzində davam edən Novruz Festivalında bütün türk dövlətlərindən, o cümlədən Azərbaycan Respublikasından gəlmiş sənətçilər çıxışlar edirlər. Bu günün sonunda Festivalın bağlanışına həsr olunmuş Qala-konsert olacaq. Qala-konsertdə türk dünyasından gəlmiş qonaqlarla bərabər Şimali Kipr Türk Respublikasının dövlət və hökümət başçılarının, nazirlərin və çoxsaylı ictimai-siyasi xadimlərin iştirakı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 22 Mart 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















