Icma.az
close
up
RU
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR

Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Türk dünyasında inteqrasiyasının dərinləşdirilməsi istiqamərində əməli addımlar atılır. Bu il türk dünyası ölkələrinin ortaq əlifbasının yaradılması istiqamətində işlər görülüb. Bu gün isə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ortaq himninin hazırlandığı barədə xəbərlər yayılıb.

Qeyd edək ki, ortaq dil, tarix və ənənələrə dayanan, ildən-ilə daha da güclənən Türk Dövlətləri Təşkilatı türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formalarda inkişafına mühüm töhfə verib, bütövlükdə türk dünyası dövlətləri arasında inteqrasiyanı sürətləndirib, nüfuzlu bir təşkilat kimi beynəlxalq təşkilatlar sırasına öz adını daxil etməyə müvəffəq olub.

TDT-yə üzv ölkələr arasında iqtisadi əlaqələrin güclənməsi də hər zaman aktual məsələlərdin biri hesab edilib. Orta əlifba və himinin hazırlanması barədə xəbərlərdən sonra Türk dünyası üçün ortaq valyutanın yaradılması da gündəmdədir.

Modern.az-a danışan sabiq deputat Vahid Əhmədov bildirib ki, Türk Dövlətləri Təşkilatı kimi təşkilatların qurulması çox uzun gedən prosesdir: “TDT-nin yaranması çox önəmli addım oldu. Bu təşkilat gələcəkdə Avropa İttifaqı kimi böyük bir təşkilata çevrilə bilər. Bu təşkilatın istehsalı, ümümi daxili məhsulu çox yüksəkdir. Burada kifayət qədər qüvvətli dövlətlər təmsil olunur”.

O, türk dünyası üçün vahid valyutanın yaradılması təklifini istisna etməyib: “Eyni zamanda bu təşkilat varsa emblemi, gerbi də olmalıdır. Digər məsələlər də həyata keçirilməlidir. Təşkilatın yaradılmasının əsas ideya müəllifləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğandır. Ona görə də hesab edirəm ki, TDT-nin perspektivi çox böyükdür, amma kənardan təzyiqlər olmasa. Belə böyük birliyin yaranmasına hegemon dövlətlər qısqanclıqla baxır. Mən deyərdim ki, TDT yarandığı gündən böyük işlər görüb. Burada da əsas xidmət Azərbaycan və Türkiyə Prezidentlərinindir".

Deputat Vüqar Bayramovun sözlərinə görə,  əvvəlcə əlifbanın, sonra himnin yaradılması ilə bağlı müzakirələr türk dövlətlərinin iqtisadi baxımdan inteqrasiyasına imkan yaradır: “Türk dövlətləri praktik olaraq regional və bir sıra məsələlərdə qlobal təsiri olan dövlətlərdir və artıq türk dövlətlərinin ümumdaxili məhsulu praktik olaraq 1.5 trilyon dollardan artıqdır. Bu da ondan xəbər verir ki, iqtisadi baxımdan türk dövlətləri regional gücdür.

Mədəni və elmi sahədə əməkdaşlıq həm də iqtisadi sahədə inteqrasiya üçün imkanlar yaradır. Bu və türk dövlətlərinin iqtisadi gücünün əlaqələndirilməsi bu istiqamətdə daha çox proqramların və birgə investisiya layihələrinin həyata keçirilməsinə imkan verir. Bütövlükdə bunlar bir daha təsdiq edir ki, türk dövlətlərinin inteqrasiyası və daha ciddi iqtisadi gücə çevrilməsi prioritetdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Noyabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri