Icma.az
close
up
RU
Türk dünyasının birliyi güclənir: QHT lər bir araya gəlir

Türk dünyasının birliyi güclənir: QHT lər bir araya gəlir

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin qeyri-hökumət təşkilatları indi artıq bir platformada birləşib. Bu platforma QHT-lərin bir-biri ilə daha sıx əlaqə saxlamasına, birlikdə layihələr görməsinə və türk dünyasında əməkdaşlığın güclənməsinə xidmət edəcək. Məqsəd həm humanitar sahədə, həm də cəmiyyətlər arasında əlaqələri daha da möhkəmləndirməkdir.

Bəs bu yeni QHT platforması türk dövlətləri arasında ictimai əməkdaşlığa və real problemlərin həllinə nə kimi fayda verə bilər?

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan politoloq Həşim Səhrablı bildirib ki, Türk dünyasının birliyindən danışırıqsa, bu birlik yalnız siyasi kontekstlə məhdudlaşmamalıdır:

“QHT-lər arasında davamlı görüşlərin, konfransların, eləcə də müxtəlif tipli tədbirlərin təşkili və bütün bunların silsilə şəklində fərqli ölkələrə yayılması Türk dünyası arasındakı inteqrasiya prosesinə müxtəlif aspektlərdən yanaşmaq baxımından faydalı nəticələr verə bilər.

Hər nə qədər dost-qardaş ölkələr, bir millətdən gələn xalqlar olsaq da, tarixən bir millətin sonrakı mərhələlərdə coğrafi baxımdan bir-birindən uzaq düşmüş dövlətləri kimi formalaşmışıq. Bu tarixi və coğrafi nüanslara görə aramızda müəyyən fərqliliklər də mövcuddur. Bu fərqliliklər dünyagörüşündə, ideoloji əsaslarda, müəyyən mənada dini mövzularda da özünü göstərir.

Məhz buna görə də bilməliyik ki, əgər Türk dünyasının birliyindən danışırıqsa, bu birlik yalnız siyasi kontekstlə məhdudlaşmamalıdır. Bu proses təkcə dövlətlərin və ya hakimiyyətlərin öncüllük etdiyi bir birlik çərçivəsində qalmamalıdır.

Birlik o zaman tam mənada tamamlanır, gücə və yeni regional funksional əhəmiyyətə çevrilir ki, xalqlar arasında – ən körpəsindən ən yaşlısına qədər – bütün ideoloji, dini və milli fərqlərə baxmayaraq, hər kəsin inandığı və güvəndiyi fikri bir ortam, ümumi bir situasiya formalaşdırılsın.”

Politoloqun sözlərinə görə vətəndaş cəmiyyətlərinin nümayəndələri bir ölkədən digər ölkələrin vətəndaş cəmiyyətlərinə davamlı səfərlər etdikcə, həmin ölkəni daha yaxından tanıyacaq, öz ölkəsi ilə digər ölkələr arasındakı fərqləri öyrənəcək:

“Bu fərqlərin ayrışmaya, parçalanmaya deyil, məhz fikri birlik istiqamətinə necə çevrilə biləcəyinin yollarını axtarıb tapacaq.

Biz aramızda olan o fərqlilikləri eyniləşdirmə yolu ilə deyil, əksinə, onları bir çatı altında birləşdirməyi bacardığımız zaman, həm fərqləri qoruyaraq, həm də millətimizin birliyini tam mənada reallaşdırmaq mümkün olacaq. Bu isə siyasi-iqtisadi birlikdən sonra artıq sosial birliyə, milli birliyə, fikri və ideoloji birliyə çevriləcək.

Məhz o zaman Azərbaycan Prezidentinin də dediyi “Bizim ailəmiz Türk dünyasıdır” devizi təkcə Azərbaycanda, təkcə Türkiyədə və ya ayrı-ayrı türk respublikalarında deyil, müstəqil olan və olmayan bütün Türk yurtlarında bir şüar, bir deviz kimi qəbul ediləcək. Hər kəsin inandığı, güvəndiyi, gələcəyini burada gördüyü bir reallığa çevriləcək.

O halda artıq Türk dünyası bu gün hədəflədiyimiz və istədiyimiz güc mərkəzinə çevrilmək potensialına sahib olacaq.”

Gülxanım Əliyeva

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Noyabr 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri