Icma.az
close
up
RU
Türk xalqlarının mənəvi birliyi birgə inkişafla güclənir

Türk xalqlarının mənəvi birliyi birgə inkişafla güclənir

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

TÜRKSOY tərəfindən həyata keçirilən “Türk dünyasının mədəniyyət paytaxtı” proqramı türk ölkələrinin şəhərləri arasında mədəni əməkdaşlığın gücləndirilməsi üçün mühüm platforma rolunu oynayaraq, ümumi dəyərlərin qorunması və populyarlaşmasına şərait yaradır.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan mədəniyyət nazirləri 1992-ci ildə İstanbul və Bakıda bir araya gələrək mədəniyyət sahəsində əməkdaşlıq etmək qərarına gəldilər. Növbəti il Almatıda təşkil edilmiş iclasda Türk Mədəniyyəti və Sənəti Birgə Təşkilatı (TÜRKSOY) yaradıldı. 2009-cu il 16-17 oktyabr Bakı şəhərində təşkil edilmiş TÜRKSOY-un 26-cı Dönəm Toplantısında təşkilatın adının açılışı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olaraq dəyişdirildi.

Xeyli müddətdir ki, ölkəmiz ilə TÜRKSOY arasında mədəniyyət sahəsində sıx əməkdaşlıq münasibətləri mövcuddur. Bu münasibətlərin əsasında Azərbaycan xalqının Türk dünyasına və ümumtürk mədəniyyətinə bəxş etdiyi mədəni irs nümunələri durur. Təşkilat yarandığı gündən etibarən ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlıq genişlənir və durmadan inkişaf edir.

“Aktau-Türk dünyasının mədəniyyət paytaxtı” mərasiminin təntənəli mərasimində əvvəlcə türk ölkələrinin nümayəndə heyətləri çıxış etdilər, sonra isə regionun aparıcı yaradıcı kollektivlərin iştirakı ilə bayram konserti təşkil olundu.

TÜRKSOY-un Baş katibi Sultan Rayev çıxışında təşkilatın beynəlxalq aləmdə, o cümlədən türk dünyasında bir sıra strateji əhəmiyyətindən danışdı. Tədbirin keçirildiyi Aktau şəhərinin isə təkcə Qazaxıstan üçün deyil, bütövlükdə Türk dünyası üçün qürur mənbəyi olduğunu qeyd etdi.

Qeyd edək ki, 2012-ci ildən bəri TÜRKSOY tərəfindən həyata keçirilən “Türk dünyasının mədəniyyət paytaxtı” proqramı türk ölkələrinin şəhərləri arasında mədəni əməkdaşlığın gücləndirilməsi üçün mühüm platforma rolunu oynayaraq, ümumi dəyərlərin qorunması və populyarlaşmasına şərait yaradır. Aktau 2025-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anau şəhərindən təhvil alıb.

İşlə əlaqədar olaraq mütəmadi surətdə dünyanın bir sıra böyük şəhərlərində keçirilən tədbirlərdə iştirak etsəm də, bu görüş mənəvi bağlılıq bağımından müstəsna əhəmiyyəti ilə seçildi. Belə ki, bu dost ölkələrin nümayəndələrini bir araya gətirən möhtəşəm bir platforma idi. Mədəni irsimiz haqqında danışmaq və eyni zamanda digər xalqların zənginliklərini daha dərindən öyrənmək üçün tədbir hər birimizə  inanılmaz bir imkan yaratdı. Mən bu tədbirə bizim unikal kəlağayılardan aparmışdım. Qonaqlara məlumat verdik ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin qərarı ilə Azərbaycan kəlağayı sənəti "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-Maddi-Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu sənətə yeni bir həyat verməklə onun inkişafına hərtərəfli zəmin yaratdı. Təbii rəngi isə otları, ağac qabıqlarını, gülləri qaynadaraq alınır. Artıq xeyli müddətdir ki, yerli bazarla yanaşı, İtaliya, İspaniya, Türkiyə, Rusiya, Malayziya, Qazaxıstan, Özbəkistan, İran, Türkmənistan və digər ölkələrə də məhsul satılır. UNESCO-da da nümayiş olunan hər bir kəlağayının istehsalında 17 proses tələb olunur.

İlk baxışdan hiss olundu ki, ölkəmizdə dayanıqlı material və boyalardan istifadə etməklə qlobal iqlim çağırışları mövzusunda hazırlanan Azərbaycan kəlağayıları ənənə və sənət rəmzi olaraq hər kəsdə böyük maraq doğurdu. Milli musiqi ustaları, müğənnilər, saz və tar ifaçıları, rəqs kollektivlərimiz ifaları ilə bütün tədbir iştirakçılarını valeh etdi.

Biz çadırlarımızı Azərbaycan guşəsinə çevirmişdik, ziyarətçilərə zəngin mədəniyyətimiz barədə ətraflı geniş məlumatlar verdik. Özümüzlə apardığımız sənət əsərlərinin geniş təqdimatları oldu. Müğənnilərimiz səhnədə çıxış etdilər, əsl bayram abu-havası yaşandı. Tədbir çox rəngarəng, mehriban və səmimi şəraitdə keçdi.

Mədəniyyət Nazirliyi tərəfindən göndərilən və mənim də qatıldığım qrupda Avroviziya təmsilçisi İlkin Dövlətov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tar müəllimi,  respublika və beynəlxalq müsabiqələr laureatı İsmayıl Zülfüqarov və universitetin aşıq sənəti kafedrasının müəllimi Qəlbinur İbrahimli, Şəki şəhərindən təkəlduz Gülnar İsmiyeva, İsmayıllı rayonunun Lahıc qəsəbəsindən olan misgər Nəzər Əliyev və digərləri ölkəmizi təmsil edirdi. Nümayəndə heyətimizin hər bir üzvünə tədbirdə fəal iştirakına və beynəxalq aləmdə diqqəti cəlb edən xüsusi sənət əsərlərinə görə tədbirin təşkilat komitəsi tərəfindən fərqləndirici sertifikatlar verildi.

Hər birimiz üçün sevindirici hal oldu ki, tədbir çox gözəl və ilhamverici təəssüratlarla yaddaşlarda qaldı. Çünki bu, sadəcə festival deyildi, mədəniyyətlərin bir araya gəldiyi bir dostluq körpüsü idi. Mən bir daha anladım ki, öz mədəni irsini qoruyub saxlamaq və onu dünyaya tanıtmaq nə qədər dəyərlidir. Digər ölkələrin nümayəndələrinin də bizim mədəniyyətimizə necə maraqla yanaşdığını görmək çox xoş oldu. Bu təcrübənin bir hissəsi olduğum üçün çox şadam. Çünki TÜRKSOY tərəfindən həyata keçirilən bütün tədbirlər türk xalqlarının mənəvi birliyini zənginləşdirməklə birgə inkişafına dəyərli töhfəsini verir.

Mətanət Mirzəliyeva,

Azərbaycan kəlağayısı "Basqalı" brendinin təsisçisi

Bakı-Aktau-Bakı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Aprel 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri