Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Türk dünyasının inteqrasiyasına daha bir töhfə

Türk dünyasının inteqrasiyasına daha bir töhfə

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsini xarici siyasətin prioritet istiqaməti kimi həyata keçirir və vahid türk məkanının formalaşmasına və möhkəmlənməsinə davamlı töhfə verməyi hədəfləyir.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində irəli sürdüyü təşəbbüslər iqtisadi, siyasi və mədəni inteqrasiyanı gücləndirən strateji addımlar kimi təşkilatın gələcək inkişaf xəttinin formalaşmasında mühüm rol oynayır. Azərbaycan–Qazaxıstan münasibətlərinin timsalında da türk dünyasının birliyinin möhkəmləndirilməsi, qarşılıqlı etimadın dərinləşdirilməsi və strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik münasibətlərinə transformasiya edilməsi müşahidə edilir.

Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər qədim tarixi köklərə, ortaq mədəni irsə və qardaşlıq ənənələrinə əsaslanır. Müasir dövrdə bu əlaqələr yalnız mənəvi yaxınlıqla deyil, həm də qarşılıqlı hörmət, inam, siyasi iradə və çoxşaxəli əməkdaşlığa əsaslanan möhkəm bünövrə üzərində inkişaf etdirilir. Prezident İlham Əliyevin Qazaxıstana səfəri bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.

Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin görüşləri iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun, sarsılmaz etimadın və strateji birliyin təcəssümüdür. Dövlət başçısının qeyd etdiyi kimi, bu səfər son üç ildə Prezident Əliyevin Qazaxstana yeddinci səfəridir. Hər səfər əməkdaşlığın konkret nəticələri və iki tərəf arasında yeni layihələrin razılaşdırılması ilə müşayiət olunur. Bu əlaqələr siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, mədəni, humanitar və mənəvi dəyərlər müstəvisində də xalqlarımız arasında sarsılmaz birliyi və həmrəyliyi daha da möhkəmləndirir.

Oktyabrın 21-də Astanada Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası və imzalanmış sənədlərin mübadiləsibaş tutdu. Dövlət başçıları “Strateji Tərəfdaşlıq Müqaviləsinin 20 illiyi ilə bağlı Birgə Bəyanat”, “Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının 1-ci Qərarı” və “Xarici İşlər Nazirləri Şurasının Əsasnaməsinin təsdiqinə dair 2-ci Qərar” kimi mühüm sənədləri imzaladılar. Bu razılaşmalar ticarət, investisiya və infrastruktur sahələrində əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açır. Prezident Tokayev mətbuata açıqlamasında bildirdi ki, “iqtisadi-ticari əməkdaşlığın inkişafı tərəflər üçün təxirəsalınmaz və çox mühüm vəzifədir”. Prezident İlham Əliyev isə bəyan etdi ki, “bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik”.

2025-ci ilin qarşılıqlı ticarət dövriyyəsi göstərir ki, tərəflər arasında xammal ticarətindən daha çox əlavə dəyər gətirən sənaye və xidmət əməkdaşlığına keçid baş verir. Azərbaycanın ixrac potensialının artırılması istiqamətində emal sənayesi, aqrar sektor və logistika sahələrində birgə layihələrin genişləndirilməsi prioritet hesab olunur. Bununla yanaşı, son illərdə Azərbaycan və Qazaxıstan arasında turizm əlaqələrinin də dinamik şəkildə artdığı müşahidə edilir. Prezident İlham Əliyevin dövlət səfəri bu prosesin yeni mərhələsinə start verən əsas siyasi hadisə kimi qiymətləndirilə bilər.

Energetika, sənaye mülkiyyəti, daxili işlər, statistika, prokurorluq, səhiyyə, rəqəmsal inkişaf, süni intellekt, nəqliyyat, investisiya, dövlət xidmətləri və rəqabət siyasəti sahələrini əhatə edən sənədlərin imzalanması iki ölkə arasında hüquqi, institusional və strateji əməkdaşlıq bazasının daha da möhkəmlənməsinə zəmin yaradır. Prezidentlərin mətbuata bəyanatlarında vurğulandı ki, Azərbaycan–Qazaxıstan modelinin uğuru regional inteqrasiyanın və qarşılıqlı etimadın möhkəmlənməsi baxımından mühüm nümunədir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların 2024-cü ildə 62 faiz artaraq 4,5 milyon tona çatması, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə şirkətlərinin birgə fəaliyyəti Orta Dəhlizin iqtisadi və strateji əhəmiyyətini göstərir. Bu marşrut Asiya ilə Avropa arasında yük dövriyyəsini artırmaqla region ölkələrinin tranzit potensialını gücləndirir. Aktau və Ələt dəniz limanlarının modernləşdirilməsi, tariflərin optimallaşdırılması, vahid logistika siyasəti və yeni mərkəzlərin yaradılması Orta Dəhlizi əsas strateji arteriyaya çevirir. Enerji sahəsində SOCAR ilə “KazMunayQaz” arasında əldə olunan razılaşma, Xəzər dibi boyunca fiber-optik kabel xəttinin çəkilməsi və yaşıl enerji layihələri qarşılıqlı iqtisadi fəaliyyətlərin spektrini daha da genişləndirir. Zəngəzur dəhlizinin açılması ilə tranzit yolunun 600–700 kilometr qısaldılması və nəticədə daşınma xərclərinin 10–15 faiz azalacağı proqnozlaşdırılır. Bütün bunlar Çin və Avropa arasında yükdaşımaların təşkilində Azərbaycanın və Qazaxıstanın rolunu daha da gücləndirəcək. 2026-cı ilin sonuna qədər Xəzər dənizinin dibi ilə keçəcək rəqəmsal dəhliz və üçtərəfli yaşıl enerji layihəsi regionun enerji və informasiya təhlükəsizliyini möhkəmləndirəcək.

Azərbaycanda 250-yə yaxın kommersiya qurumu Qazaxıstan kapitalı ilə fəaliyyət göstərir ki, bu da ölkəmizin investisiya cəlbediciliyinin göstəricisidir. Kənd təsərrüfatı, logistika, enerji və texnologiya əsas əməkdaşlıq sahələrini təşkil edir. İki ölkə tərəfindən yaradılmış 300 milyon dollarlıq Birgə İnvestisiya Fondu regionun dayanıqlı inkişafına və qeyri-neft sektorunun şaxələnməsinə mühüm töhfələr verir.

Azərbaycan və Qazaxıstan çoxtərəfli formatlarda — BMT, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digər beynəlxalq platformalar çərçivəsində də səmərəli əməkdaşlıq edir, daim bir-birini dəstəkləyir və ortaq mövqelər nümayiş etdirir.

Prezident İlham Əliyev öz çıxışında vurğuladı ki, Qazaxıstanın işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi dəstək, xüsusilə Füzulidə inşa edilmiş Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi iki ölkə arasında mədəni və mənəvi yaxınlığın rəmzidir. Bu layihə xalqlarımız arasında mənəvi bağların möhkəmlənməsinə və gənc nəslin mədəni inteqrasiyasına xidmət edir.

Azərbaycan Prezidentinin Qazaxıstana səfəri zamanı imzalanan sənədlər onu göstərir ki, ölkələrimiz ortaq maraqlar, eyni geosiyasi baxış və qarşılıqlı etimad əsasında formalaşan dayanıqlı müttəfiqlik münasibətlərinə malikdir. Bu model yalnız regional əməkdaşlığın güclənməsinə deyil, həm də qlobal siyasətin yeni geosiyasi arxitekturasında türk dünyasının yerinin və rolunun müəyyənləşməsinə töhfələr verir.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri