Icma.az
close
up
RU
Türk dünyasının ortaq gələcəyinə yönələn strateji düşüncə platforması

Türk dünyasının ortaq gələcəyinə yönələn strateji düşüncə platforması

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Mayın 15-dən 17-dək Türkiyədə  Mərmərə Universiteti Siyasi elmlər fakültəsinin və Türk Dünyası Yörük Türkmən Birliyinin təşkilatçılığı ilə “Türk Dostluğu Əsaslı İşbirliyi: Tarixdən Gələcəyə Beynəlxalq Münasibətlərin Perspektivləri” mövzusunda III Beynəlxalq Türk Dünyası Strateji Araşdırmalar Konqresi keçirilib.

Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, publisist Əkbər Qoşalının XQ-nə verdiyi məlumata görə, konqres Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akadeımiyası, Türk Dünyası Bələdiyyələr Birliyi, TİKA və YTB-nin dəstəyi ilə gerçəkləşib.

Beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun əməkdaşları da iştirak edib. İqtisad elmləri doktoru, professor, institutun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, eyni zamanda DGTYB Məsləhət Şurasının üzvü Rəsmiyyə Sabirin (Abdullayeva) “Türk dövlətlərinin dünyaya inteqrasiyası və dayanıqlı inkişaf: sosial sahibkarlıq modeli” mövzusunda məruzəsi maraqla qarşılanıb. Məruzədə sosial sahibkarlığın türk dövlətlərində inklüziv inkişafın təmin olunması, sosial rifahın yüksəldilməsi və bölgəsəl işbirliyinin gücləndirilməsi baxımından strateji önəmi diqqətə çatdırılıb.

İnstitutun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin müdiri, iqtisad elmləri doktoru Allahyar Muradov isə “Türk dövlətlərinin inkişaf etmiş ölkələrlə iqtisadi əlaqələrinin innovativ inkişafa təsiri: çətinliklər və imkanlar” mövzusunda məruzə edib. Çıxışda qlobal iqtisadi çağırışlar fonunda texnoloji modernləşmə, rəqəmsal transformasiya, innovasiya ekosisteminin formalaşdırılması və iqtisadi tərəfdaşlıq mexanizmlərinin genişləndirilməsi kimi məsələlər incələnib.

Konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Almaniya, Yaponiya, Hindistan, Güney Koreya, ABŞ, Kanada, İtaliya və digər ölkələrdən 100-ə yaxın alim, araşdırmaçı və ekspert iştirak edib. Tədbir çərçivəsində Türk dünyasında ortaq strateji düşüncə platformalarının gücləndirilməsi, beynəlxalq münasibətlər sistemində yeni işbirliyi modellərinin formalaşdırılması, iqtisadi inteqrasiya, mədəni diplomatiya və dayanıqlı inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Zərifə HÜSEYNOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 May 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri