Icma.az
close
up
RU
Bakıdan Türk dünyasının gələcəyinə: Ortaq əlifba, ortaq dil və böyük türk birliyinin strateji manifesti

Bakıdan Türk dünyasının gələcəyinə: Ortaq əlifba, ortaq dil və böyük türk birliyinin strateji manifesti

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 3 fevral, AZƏRTAC

Bu il Bakı Türkoloji Qurultayının 100 illiyi qeyd olunur. 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultay təkcə elmi hadisə deyil, Türk dünyasının tarixi taleyinə istiqamət verən sivilizasiya dönüş nöqtəsi idi. Türk dövlətləri arasında ortaq əlifba məsələsinin gündəmin mərkəzində olduğu bir vaxtda Bakı Türkoloji Qurultayının 100 illiyinin keçirilməsi tarixi məsuliyyətlə strateji fürsətin kəsişdiyi nadir məqamlardandır. Çünki əlifba sadəcə yazı sistemi deyil, düşüncə tərzinin, mədəni yaddaşın və sivilizasiya kimliyinin daşıyıcısıdır. Ortaq əlifba ortaq dilin formalaşmasına, ortaq dil ortaq mədəni şüurun yaranmasına, ortaq mədəni şüur isə ortaq gələcəyin inşasına aparan əsas strateji xətdir. Bu baxımdan Bakı Türkoloji Qurultayı ortaq əlifba ideyasının tarixi və mənəvi legitimliyini möhkəmləndirən əsas platformaya çevrilir.

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib.

O bildirib ki, ortaq əlifba, ortaq dil, ortaq tarix və ortaq sivilizasiya anlayışları 2026-cı ildə keçiriləcək Bakı Türkoloji Qurultayında yeni mərhələyə qədəm qoyacaq. Bu Qurultay mədəni və dil məsələlərinin nəzəri müzakirəsindən institusional qərarlara keçidin intellektual bazasını formalaşdıracaq.

“2026-cı il Bakı Türkoloji Qurultayı türk xalqları üçün ortaq gələcəyin inşasına xidmət edən tarixi platforma olacaq. Qurultaydan sonra ortaq təhsil proqramlarının, vahid elmi mərkəzlərin, akademik mübadilələrin və gənc nəsillər arasında mədəni inteqrasiyanın daha da güclənməsi üçün real zəmin yaranacaq. Zaman keçdikcə bu proses Türk dünyasında siyasi, iqtisadi və strateji davranış birliyini də dərinləşdirəcək. Çünki ortaq düşüncə formalaşmadan ortaq siyasi iradə mümkün deyil”, - deyə Səlçuk Karakılıç deyib.

Onun sözlərinə görə, gələcəkdə Türk dünyasının birliyinin dayanıqlı şəkildə möhkəmlənməsi üçün humanitar inteqrasiyanın dərinləşdirilməsi həlledici əhəmiyyət daşıyır. Dil, təhsil, elm və mədəniyyət sahələrində ortaq siyasət formalaşdırılmadan siyasi və iqtisadi inteqrasiya uzunömürlü ola bilməz. Bu baxımdan Bakı Türkoloji Qurultayı ortaq dərsliklərin hazırlanması, vahid terminoloji bazanın yaradılması, Türk dillərinin rəqəmsal məkanda koordinasiyalı inkişafı üçün strateji qərarların qəbul olunduğu mərkəzə çevrilməlidir.

“Nəticə etibarilə, Bakı Türkoloji Qurultayı Türk dünyasının keçmişdən gələcəyə uzanan yolunda strateji mərhələdir. Bu Qurultaydan doğan ideyalar və qərarlar həyata keçdikcə, Türk dünyası parçalanmış coğrafiya olmaqdan çıxaraq ortaq iradə, ortaq maraq və ortaq gələcək ətrafında birləşmiş güclü sivilizasiya məkanına çevriləcək. Azərbaycan isə bu tarixi prosesdə birləşdirən mərkəz, strateji ağıl və ideoloji lider kimi mövqeyini daha da möhkəmləndirəcək”, - deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri