Icma.az
close
up
RU
Türk dünyasının qəlbindən keçəcək strateji yol Şərh

Türk dünyasının qəlbindən keçəcək strateji yol Şərh

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında qurulan münasibətlər təkcə diplomatik əlaqələr deyil, əsrlərin dərinliyindən süzülüb gələn qardaşlığın, ortaq yaddaşın və ortaq taleyin davamıdır. Bizi eyni kökdən boy verən mədəniyyət, dil, ruh yaxınlığı və tarix birləşdirir. Bu gün isə həmin bağlar yeni miqyas qazanır, siyasi və iqtisadi tərəfdaşlıqla birləşərək böyük bir coğrafiyada yeni qlobal reallıq yaradır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı siyasi əlaqələr öz zirvə dövrünü yaşayır. “Prezident İlham Əliyevin üç il ərzində region ölkələrinə 14 səfəri, Mərkəzi Asiya liderlərinin Azərbaycana 23 səfəri iki tərəfin bir-birinə verdiyi dəyərin, etimadın və əsl qardaşlığın göstəricisidir. Bu qədər intensiv siyasi dialoq təsadüfi deyil, bu, həm də  xalqlarımızın bir-birinə olan sevgisinin dövlət səviyyəsində təcəssümüdür.
İmzalanan müttəfiqlik bəyannamələri, strateji tərəfdaşlıq sənədləri, birgə investisiya fondlarının yaradılması barədə razılaşmalar bizim münasibətlərimizin təsadüfi deyil, sistemli, uzunmüddətli və iradəli şəkildə qurulduğunu ortaya qoyur”, - deputat qeyd edib.

Deputat bildirib ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi təkcə ölkəmiz üçün deyil, bütün Türk dünyası üçün qürur mənbəyidir: “ Mərkəzi Asiya dövlətlərinin bu prosesdə Azərbaycana göstərdiyi mənəvi və praktiki dəstək xalqımız tərəfindən böyük minnətdarlıqla qarşılanır.

Bu gün Füzulidə Mirzə Uluqbəy adına məktəbin qapısından girən hər bir uşaq, Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzində musiqiyə başlayan hər bir balaca, Ağdamda Manas məktəbinin siniflərində dərs alan hər bir yeniyetmə bizim qardaş ölkələrin ürəyindən gələn böyük bir sevginin daşıyıcısıdır.
Bu məktəblər daş-kərpicdən ibarət binalar deyil,  bunlar həmçinin  Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın Azərbaycan xalqına olan qardaşlıq münasibətinin göstəricisidir. Bu tikililər Qarabağın səmasında dalğalanan dostluq bayraqlarıdır.
Elə Füzulidə inşa edilən türkmən məscidi də həm dini, həm mənəvi, həm də qardaşlıq baxımından böyük məna daşıyır. Bu layihələr xalq yaddaşında qızıl hərflərlə qalacaq”.

Deputat əlavə edib ki, cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsidə Azərbaycan yeni geosiyasi reallıqlar yaradır. 

“Azərbaycan Cənubi Qafqazda, Mərkəzi Asiya isə geniş Türk dünyasının ürəyində yerləşsə də, bu gün biz vahid bir region, vahid bir siyasi-iqtisadi məkan kimi çıxış edirik. Bu birlik regionun qlobal nüfuzunu artırır, Avrasiya xəritəsində güc balansını dəyişir.

Biz yalnız qonşu və tərəfdaş deyilik,  biz  həm də eyni yolun yolçularıyıq.

Bu gün Azərbaycan və Mərkəzi Asiya ölkələri Orta Dəhliz vasitəsilə Avrasiyanın tən ortasında yeni bir nəqliyyat və ticarət arteriyası yaradır. Bu yol həm xalqlarımızı, həm iqtisadiyyatlarımızı, həm də gələcək nəsillərimizi birləşdirən strateji körpüdür.

Son üç ildə Azərbaycan üzərindən keçən yükdaşımaların 90 faiz artması bunu açıq şəkildə sübut edir: dünya artıq bu yolun gücünə inanır. Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, beynəlxalq hava limanları, yeni logistika mərkəzləri Azərbaycanı regionun təbii liderinə çevirir.

Zəngəzur dəhlizinin açılması isə bütün region üçün yeni nəfəs olacaq. Vaşinqtonda əldə olunan razılaşmalar nəticəsində formalaşan bu yeni nəqliyyat xətti təkcə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirməyəcək, bu, Türk dünyasının qəlbindən keçən strateji yol olacaq. “Rəqəmsal İpək Yolu” layihəsi  isə bizim əməkdaşlığımızı XXI əsrin tələblərinə uyğun yeni səviyyəyə qaldırır. Xəzərin dibi ilə fiber-optik kabel çəkilməsi regionun internet təhlükəsizliyini gücləndirəcək, Mərkəzi Asiya ilə Azərbaycan arasında rəqəmsal kommunikasiya körpüsü yaradacaq.

Eyni zamanda Xəzərin dibindən keçəcək enerji kabeli bizi enerji sahəsində də birləşdirəcək və Avropaya yeni “yaşıl enerji” ixrac imkanları yaradacaq. Bu layihələr yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyətə malikdir. Çünki onlar gələcəyin təhlükəsiz, dayanıqlı və müasir Avrasiyasını formalaşdırır.
Azərbaycan-Mərkəzi Asiya münasibətləri bu gün tarixinin ən parlaq, ən məhsuldar dövrünü yaşayır. Bu əlaqələrin təməlində siyasi maraqlardan əlavə, sarsılmaz qardaşlıq dayanır. Qarabağda tikilən məktəblər, Orta Dəhlizin inkişafı, yeni enerji və rəqəmsal layihələr bu qardaşlığın gələcəyinin nə qədər parlaq olduğunu sübut edir.

Bu gün biz yalnız bir regionun deyil, bütövlükdə Avrasiyanın yeni inkişaf xəritəsini birlikdə çəkirik. Və bu xəritənin mərkəzində Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərinin iradəli, dinamik və qürurlu birliyi dayanır”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Noyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri